xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Bəs, sanksiya gəlirdi, Türkiyə İncirliyi bağlayırdı?

25-12-2019, 10:14 47 dəfə baxılıb

Bəs, sanksiya gəlirdi, Türkiyə İncirliyi bağlayırdı?


Türkiyə Prezidenti 15 dekabrda bildirmişdi ki, lazım gələrsə, ABŞ-ın yararlandığı İncirlik hərbi bazasını bağlayacaq. Lakin indi məlum olub ki, Pentaqon İncirlik aviabazasında təmir-tikinti işləri aparmaq üçün 8 Türkiyə şirkəti ilə 95 milyon dollarlıq müqavilə imzalayıb.

Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, müqaviləyə görə işlər 2024-cü ildə başa çatmalıdır:

“Bundan başqa, ABŞ hökuməti Adana şəhərində (İncirlik bu vilayətin ərazisindədir) yeni Baş Konsulluq binasının tikintisi üçün tender elan edib.

Yəni nə Türkiyə amerikalıları öz torpaqlarından çıxarır, nə də amerikalılar oradan çıxır. ABŞ-ın Aralıq dənizi və Orta Şərq regionlarındakı maraqları baxımından İncirlik önəmlidir”.

Politoloq rəsmi Ankaranın maraqları haqqında da danışıb:

“Türkiyənin isə marağı bundan ibarətdir ki, son vaxtlar Yunanıstanda hərbi mövcudluğunu artıran, Aralıq dənizində ərazi suları və enerji məsələləri ilə bağlı mübahisələrdə yunan tərəfini dəstəkləməyə meyillənən (Konqres xətti) Vaşinqtonu öz siyasətini təkrar balanslaşdırmağa yönəltsin. Eyni zamanda, ABŞ-la münasibətlərdə böhranın dərinləşməsi kövrək Türkiyə iqtisadiyyatına sarsıdıcı təsir göstərə bilər ki, bu da Ankaraya lazım deyil”.

Ş.Cəfərlinin sözlərinə görə, böyük ehtimalla önümüzdəki dönəmdə S-400 məsələsi də hansısa şəkildə çözüləcək və Türkiyə F-35 təyyarələrini alacaq:

“Çünki hərbi aviaparkının köhnəldiyi və alternativin də hələ ki olmadığı şəraitdə Türkiyənin istehsalında yer aldığı halda F-35-dən imtinası ciddi xəta olardı. Bu təyyarələr Türkiyəyə həm bölgənin ən böyük hava gücünə (İsraillə bərabər) çevrilməyə, həm də 2021-ci ildə hazır olacaq 232 metrlik “TCG Anadolu” desant gəmisini kiçik aviadaşıyıcı kimi istifadə etməyə imkan verəcək”. /Axar.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi