xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

ABŞ Türkiyədən 50 nüvə bombasını çıxarır — Konqresdən Pentaqona göstəriş verilib

28-10-2019, 09:38 54 dəfə baxılıb

ABŞ Türkiyədən 50 nüvə bombasını çıxarır — Konqresdən Pentaqona göstəriş verilib

Türkiyə Suriyada ABŞ-ın müttəfiqi olan kürd terrorçularına qarşı hərbi əməliyyatlar keçirir. Vaşinqton tərəfindən etirazla qarşılanan bu əməliyyat ABŞ-Türkiyə münasibətlərini xeyli gərginləşdirib. Artıq Pentaqon rəsmiləri ABŞ-ın Türkiyədəki hava bazasında saxlanılan 50 nüvə bombasını çıxarmaq planlarını nəzərdən keçirirlər.
Musavat.com bildirir ki, ABŞ Konqresi Pentaqona göstəriş verib ki, hazırda İncirlik Hərbi-Hava Bazasında olan "hərbi kontingentin və silahın" Türkiyədən çıxarılması və həmin bazanın qonşu ölkələrdən birinə köçürülməsi istiqamətində müvafiq addımlar atılsın. Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan prezident Donald Tramp silahların etibarlı əllərdə olduğuna dair amerikalılara zəmanət vermək məcburiyyətində qalıb.

"Soyuq müharibə" illərində ABŞ digər NATO ölkələrində olduğu kimi, Türkiyədə də "B-61" nüvə bombası yerləşdirib. 50 bomba hələ də Türkiyənin cənubundakı İncirlik Hərbi-Hava Bazasında qalıb. Belçika, Almaniya, İtaliya və Hollandiyada da bu tip bombalar az sayda da olsa, qalmaqdadır.
"Soyuq müharibə" başa çatdıqdan sonra ABŞ nüvə bombalarını NATO ölkələrindən çıxarmağa başladı və 2000-ci ildən bu yana Türkiyədən də 40 bomba çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi