xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

ABŞ-dan Türkiyəyə qarşı MÜHARİBƏ AÇIQLAMASI: Rusiya ilə razılaşandan sonra…

24-10-2019, 11:46 62 dəfə baxılıb

ABŞ-dan Türkiyəyə qarşı MÜHARİBƏ AÇIQLAMASI: Rusiya ilə razılaşandan sonra…

“Türkiyə bir NATO müttəfiqidir və NATO müttəfiqi ilə müharibəyə girməyəcəyik”.

Bunu ABŞ Müdafiə naziri Mark Esper deyib.

Səudiyyə Ərəbistanında Amerikanın CNN kanalına Suriyanın şimalındakı hadisələrlə bağlı müsahibə verən nazir bildirib ki, ölkəsinin YPG/PKK ilə əməkdaşlıq etməsinin basilica səbəbi İŞİD terror təşkilatı ilə mübarizədir və bu əməkdaşlıq Barak Obamanın prezident olduğu dövrdə qurulub.

“Uzun müddətdir NATO müttəfiqi olan bir ölkəyə qarşı kürdləri (YPG/PKK) müdafiə etmək, ya da muxtar bir kürd dövləti qura bilsinlər deyə onlara yardım etmək üçün bizə vəzifə verilmədi. Türkiyənin YPG-yə qarşı olduğunu və Ankaranın “Sülh çeşməsi” hərəkatını başlatmasından dolayı mövcud durumun ortaya çıxacağından, Rusiya ilə Bəşər Əsəd rejiminin də buna daxil olduğunu bilirdik. Amerika əsgərlərinin içində olmasını istədiyimiz bir durum deyildi bu. “Sülh çeşməsi”nin həyata keçiriləcəyindən xəbərdar idik. Ərdoğanla Trampın 6 oktyabr danışığından bir neçə gün əvvəl türkiyəli həmkarım hərəkata başlayacaqlarını demişdi”,- Esper bildirib.

ABŞ Müdafiə naziri əlavə olaraq, Suriyanın şimalından çəkilən əsgərlərinin İraqa getdikdən sonra ölkələrinə qayıdacaqlarını deyib.

Qeyd edək ki, ötən gün Türkiyə ilə Rusiya arasında Suriya məsələsinə dair Soçi memorandumu imzalanıb. /Publika.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi