xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolar

25-07-2022, 12:30 30 dəfə baxılıb

İsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolar


Xəbər verdiyimiz kimi, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən paylaşım dünəndən etibarən yenidən gündəmə gəlib. Belə ki, Corc Dik öz sosial şəbəkə hesablarında sözügedən kitabın müxtəlif vaxtlarda hədiyyə edildiyi xarici Prezident və digər rəsmi şəxslərin fotolarını yaymağa başlayıb.

Bu şəxslərin sırasında Roma papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, Andorranın Baş naziri Xavier Espot Zamora, 2014-cü ildə Sülh üzrə Nobel mükafatını qazanan Kailash Satyarthi də var. Bununla yanaşı, rəsmi şəxslərin fotolarını paylaşan hər kəs səfir Corc Diki öz paylaşımlarında işarələyib.

Ardınca isə “MysteriousTalesofTabriz” həştəqi sosial şəbəkələrdə trendə çevrilib. Belə ki, ölkədə sadə vətəndaşlardan tutmuş rəsmi qurumların nümayəndələrinə qədər bir qrup şəxs də bu trendə qoşulub və həmin kitabı oxuyarkən fotolarını paylaşıblar.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Görüş zamanı bir sıra məsələlərlə yanaşı, İsrail səfiri ilə hazırda yaşanan gərginliyin də müzakirə edildiyi istisna edilmir.

İsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolarİsrail səfiri Təbrizlə bağlı kitabı trendə çevirdi - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi