xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

İran və İsrailin Azərbaycandakı səfirləri arasında qalmaqal - FOTO

21-07-2022, 11:38 27 dəfə baxılıb

İran və İsrailin Azərbaycandakı səfirləri arasında qalmaqal - FOTO


İran və İsrailin Azərbaycandakı səfirlikləri arasında gərginlik yaşanıb.

"Belə ki, İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz rəsmi tviter hesabında Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsi ilə bağlı paylaşımına iranlı həmkarı reaksiya verib.

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi tvitter hesabında Corc Dikin bu postuna belə cavab verib: “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!” – deyə qeyd edib.

Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyi də iranlı səfirin bu postunu paylaşıb.

Xatırladaq ki, İsrail səfiri dünənki paylaşımında bu sözləri yazmışdı: “Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”

Səfirin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb. Ona şərh yazanlar Corc Dikin İranın Ali rəhbəri Əli Xameneinin bu yaxınlarda Azərbaycanla bağlı etdiyi paylaşımına eyham vurduğunu güman ediblər.

Əli Xamenei isə tviterdə belə bir paylaşım etmişdi: “Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur”.

İran və İsrailin Azərbaycandakı səfirləri arasında qalmaqal - FOTOİran və İsrailin Azərbaycandakı səfirləri arasında qalmaqal - FOTOİran və İsrailin Azərbaycandakı səfirləri arasında qalmaqal - FOTOİran və İsrailin Azərbaycandakı səfirləri arasında qalmaqal - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi