xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Trampdan “Demokratlar” partiyasına İSMARIC

30-09-2019, 09:57 51 dəfə baxılıb

Trampdan “Demokratlar” partiyasına İSMARIC

ABŞ prezidenti Donald Tramp yeni açıqlamaları ilə gündəmə gəlib.
Ona qarşı edilən impiçment davası fonunda Tramp istefasına istəyən Demokrat Partiyasının nümayəndələri ilə mübarizəsinin davam etdirəcəyini elan edib. Amerika lideri 28 sentyabr şənbə günü “Twitter”də müvafiq video yayımlayaraq, onlara mesaj göndərib.

O, "İndi baş verənlər Amerika siyasət tarixindəki ən böyük saxtakarlıqdır",- deyə qeyd edib.

Bundan başqa Tramp Amerikada silah daşımaq haqqında icazə, səhiyyə və hakimlərin təyin edilməsi haqqında qanun kimi mübahisəli mövzulara da toxunub. Onun fikrincə, düşmənləri əhalini qarət etmək istəyir.

“Buna imkan verə bilmərik, bataqlığı qurutmaq üçün mübarizə aparırıq. Hər şey çox sadədir - sizin üçün vuruşduğum üçün məni dayandırmağa çalışırlar. Mən buna heç vaxt imkan vermərəm ",- deyə vurğulayıb.
İmpiçment proseduru ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratik çoxluq tərəfindən Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə iyulda telefon danışığında baş verən qalmaqaldan sonra başlayıb.

Demokratlar iddia edir ki, Tramp, Zelenskidən ABŞ-ın keçmiş vitse-prezidentinin oğlu Jozef Baydenin Ukraynadakı fəaliyyəti barədə istinataqın başladılmasını istəyib. Çünki Jozef 2020-ci ildə keçirilən növbəti seçkidə onun ilə prezident postu üçün mübarizə aparacaq.

Vüsalə Balayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi