xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Tramp “Twitter”dən “Twitter” rəhbərinə şikayət etdi

24-04-2019, 19:20 88 dəfə baxılıb

Tramp “Twitter”dən “Twitter” rəhbərinə şikayət etdi


ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Twitter” sosial şəbəkəsinin rəhbəri Cek Dorsi ilə görüşüb.

Bu barədə Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində məlumat paylaşıb.

O, C.Dorsi ilə plaftormaya və ümumiyyətlə, sosial şəbəkə dünyasına aid bir sıra aktual məsələləri müzakirə etdiklərini diqqətə çatdırıb.

“Twitter” rəhbəri isə görüşün Ağ Evin təşəbbüsü ilə keçirildiyini, 2020 prezident seçkiləri (ABŞ) ərəfəsində ictimai müzakirələr mövzusunda söhbətin aparıldığını bildirib.

“The Washington Post” və “Reuters” mənbələri görüşdə, həmçinin, D.Trampın sosial şəbəkə ilə bağlı şikayətlərinin dinlənildiyini qeyd edir. Tramp “Twitter”in onun bəzi “folloverləri”nin hesablarını bloka salmasından gileylənib. Dorsi isə bunu saxta trollara və spam-hesablara qarşı mübarizə ilə əlaqələndirib.

Qeyd edək ki, “Twitter” Trampın ən sevimli sosial şəbəkəsidir. Ağ Ev rəhbərinin elə günü yoxdur “tvit” atmasın. Onun 60 milyondan çox izləyici “ordusu” var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi