xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Çeçenistan prezidenti Kadırovdan Türkiyəyə təhdid

22-12-2021, 13:30 124 dəfə baxılıb

Çeçenistan prezidenti Kadırovdan Türkiyəyə təhdid


Çeçenistanın prezidenti Ramazan Kadırov Kocaelidə açılan Cövhər Dudayev parkına görə Türkiyəni təhdid edib.

“Haber7” xəbər verir ki, Kocaeli Körfez Bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan Cövhər Dudayev Parkı son bir neçə gündə tamamlanaraq istifadəyə verilib.

Dudayev parkının açılması isə Çeçenistan rəhbərliyinin etirazına səbəb olub.

Sosial media hesabında açıqlama verən Kadırov parkın açılışından sonra Qroznıda da PKK başçısı Abdulla Öcalanın adının əbədiləşdirilməsi istiqamətdə addım atacağını deyib.

Türkiyə mediası yazır ki, Dudayev Türkiyənin yaxın dostu olub. O, Türkiyəni türk dünyası və İslam dünyası üçün ümid çırağı kimi xarakterizə edərək belə deyib: “Unutmaq olmaz ki, Türkiyə həm türk dünyasının, həm də İslam dünyasının ümid işığıdır. Bu işığın sönməsi həm İslam dünyasının, həm də Türk dünyasının qaranlığa qərq olması deməkdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi