xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ceyhun Bayramov: "Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək"

27-09-2021, 13:28 53 dəfə baxılıb

Ceyhun Bayramov: "Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək"


"Bir il bundan öncə Vətən müharibəsi zamanında Türk Şurası çox fəal şəkildə Azərbaycanın haqq səsinə öz dəstəyini verdi. Bir sıra bəyanatlar qəbul etdi. Türk Şurasının Baş katibinin Azərbaycana bir neçə səfəri oldu. Biz təşkilatın bu istiqamətdə dəstəyini çox yüksək qiymətləndiririk".
"Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasındana sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Türk Şurasının əməkdaşları mütəmadi olaraq Bakıda səfərlərdə olurlar: "Müxtəlif istiqamətlərdə müzakirələr aparılır. Qarabağın dirçəlməsi və orada quruculuq işlərinin aparılması böyük müzakirə mövzusudur. Bu istiqamətdə biznes forumun keçirilməsi, türk ölkələrindən investorların cəlb edilməsi və Qarabağa ikinci həyatın qaytarılması hər zaman müzakirə mövzusudur. Bununla bağlı da konkret addımlar atılır".

Nazir bildirib ki, Azərbaycanın mədəniyyəti paytaxtı Şuşanın Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi nəzərdə tutulub: "Hesab edirik ki, türk dünyasının mədəniyyəti ilə bağlı çoxsaylı tədbirlərin yaxın zamanlarda Şuşa şəhərində keçirilməsi də planlaşıdırlır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi