xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Ermənistanın sabiq polis rəisi Paşinyanın qanunsuzluqlarından danışıb

13-11-2020, 10:16 48 dəfə baxılıb

Ermənistanın sabiq polis rəisi Paşinyanın qanunsuzluqlarından danışıb


Ermənistan polisinin sabiq rəisi Valeri Osipyan jurnalistlərə bildirib ki, vəzifədə olma dövründə bir sıra qanunsuz əmrlər alıb, amma onları yerinə yetirməyib.

Report xəbər verir ki, Valeri Osipyan baş nazir Nikol Paşinyanın istefasının yeganə çıxış yolu olub-olmaması barədə suala cavabında "qeyri-mümkün heç nə yoxdur" - deyə bildirib.

Paşinyanın “Mənim istefamı əvvəlki hakimiyyətin talançıları tələb edir” bəyanatına toxunan Osipyan vurğulayıb ki, vətəndaş vətəndaşdır: “Bizim dövlətimiz, cəmiyyətimiz üçün faydalı insanlar və alçaqlar həmişə olub".

O, Paşinyan hakimiyyətində cinayətkarların yer almasına eyham vurub: "Alçaqlar indiki hakimiyyətdə də var".

Valeri Osipyan vurğulayıb ki, polis rəisi vəzifəsində çalışarkən qanunsuz əmrlər alıb, lakin onları icra etməyib.

Osipyanın sözlərinə görə, aksiyalara dostlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına görə qatılıb. Onların arasında dostu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var. "Mən Vanesyanı təxminən 25 ildir tanıyıram. Onunla hələ Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilməzdən əvvəl, mən polis rəisi olarkən tanış olmuşdum”.

Xatırladaq ki, Yerevan polisinin sabiq müavini Valeri Osipyan hakimiyyət dəyişikliyindən sonra 2018-ci ilin 10 mayında baş nazir Nikola Paşinyanın təklifi ilə Ermənistanın polis rəisi təyin olunub.

O, 2019-cu ilin 18 sentyabrda istefaya gedib və həmin gün Paşinyanın baş məsləhətçisi təyin edilib. Lakin bu təyinatın ömrü çox az olub. Paşiyan cəmi 20 gün sonra - oktyabrın 8-də Osipyanı vəzifəsindən azad edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi