xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

“O, bununla da rütbəsini zibil qutusuna atıb”

23-09-2019, 10:41 105 dəfə baxılıb

“O, bununla da rütbəsini zibil qutusuna atıb”

“Milli Təhlükəsizlik Xidmətinin (SNB) direktoru Artur Vanetsyanın istefası ilə bağlı bəyanatı Ermənistan Silahlı Qüvvələrinə qarşı hörmətsizlikdir”.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə hazırda ABŞ-ın Los-Anceles şəhərində səfərdə olan Baş Nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Cənab Vanetsyan verdiyi açıqlamada bir zabitin şərəfindən danışıb. Lakin o, SNB-nin direktoru olaraq, əslində öz Ali Baş Komandanına qarşı bəyanat verib. Bir məmurun şərəfinə bundan artıq hörmətsiz münasibət ola bilməz.

Vanetsyananın istefa ərizəsinin ölkə başçısının müvafiq fərmanından öncə Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytında yerləşdirilməsinə gəlincə, bəli, zabit bunu da edib. Siz bilirsiniz ki, bu nə deməkdir? Bu, rütbəni zibil qutusuna atmaq deməkdir”, - deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, bir nüçə gün öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyandan sonra Ermənistan polisinin rəisi Valeriy Osipyan da istefa verib.

Erməni KİV-i yaxın günlərdə ölkədə kütləvi istefaların baş verəcəyini yazır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi