xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

"Azərbaycan öz torpaqlarında mübarizə aparır” – Erməni tarixçidən AÇIQLAMA - VİDEO

13-10-2020, 10:06 95 dəfə baxılıb

"Azərbaycan öz torpaqlarında mübarizə aparır” – Erməni tarixçidən AÇIQLAMA - VİDEO


Orta Şərq ölkələrinin tarixini araşdıran erməni əsilli Filip Ekozyants öz “YouTube” kanalında ermənilərin yalanlarını ifşa edən video yayımlayıb.
“Ölkə.Az” xəbər verir ki, o, müasir ermənilərin Qarabağdakı münaqişə ilə bağlı açıqlamalarının yalan olduğunu söyləyib.

Video bu cür yalanları yayımlayan məşhur futbolçu Henrix Mkhitaryana cavab olaraq çəkilib.

Tarixçi idmançının “Twitter”dəki paylaşımını Avropa ictimaiyyətinə yönəldiyinə deyib. Mkhitaryan öz paylaşımında Avropaya səslənərək, Qarabağın ermənilərin ərazisi olduğunu iddia edərək, xristian inancını qorumaq üçün onlardan kömək istəyib.

Tarixçi erməniləri lağa qoyaraq: “Əgər ermənilər bir yerdə kilsə tikiblərsə, bu o demək deyil ki, bu torpaq onlara məxsusdur. Başqa xalqlar orada yaşayırsa, gəldikləri yerə geri qayıtmamalıdırlar”,- deyə bildirib.

Tədqiqatçı bu cür açıqlamaların yalan olduğunu qeyd edərək, Qarabağ müharibəsində “xristian dəyərlərindən” söhbət getmədiyini vurğulayıb.

Ekozyants, bu ərazilər uğrunda müharizədə müdafiə oluna bilməyəcəklərinə əmin olduğunu da vurğulayıb.

Tarixçi Azərbaycan hərbçilərinin uşaq bağçalarına hücum etdiyinə dair yayılan xəbərlərin də yalan olduğunu deyib. Bundan başqa o, erməniləri lağa qoyaraq, ironiya ilə "Ermənistan öz şəhəri olan Bakı yaxınlığında bütün dünyanın xristian dəyərlərini qoruyur",- deyə, qeyd edib.

Sonda Ekozyants dünya ictimaiyyətinin çoxunun Azərbaycanın öz torpaqlarında mübarizə apardığını başa düşür. O, hər kəsi futbolçunun səsləndirdiyi bu cür cəfəngiyatlara inanmamağa çağırıb:

"Qarabağdakı münaqişə ilə bağlı özünüzə və bütün dünyaya yalan danışmayın!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi