xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Paytaxtda möhtəşəm Novruz şənliyi - Fotolar

19-03-2026, 12:40 5 dəfə baxılıb

Paytaxtda möhtəşəm Novruz şənliyi - Fotolar


Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda da xüsusi coşqu və böyük məhəbbətlə qeyd edilir.

Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı sakinləri, və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri internat məktəblərinin şagirdləri üçün “Ruhumuza bahar gəlir” adlı möhtəşəm Novruz şənliyi təşkil edilib.

Yüksək bayram əhval-ruhiyyəsində təşkil edilən və xüsusi zövqlə bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb. Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət nümayəndələri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi