xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - Fotolar

30-12-2020, 10:33 118 dəfə baxılıb

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - Fotolar


Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edirdi. Bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib.

Uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar.

Hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib.

Heydər Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Şəkidəki uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-xidmət müəssisələrinə və Uşaq Psixonevroloji Mərkəzinə çatdırılıb.

Fondun təşkil etdiyi bayram aksiyası iki minə yaxın uşağı əhatə edib.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - FotolarHeydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - FotolarHeydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - FotolarHeydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - FotolarHeydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - FotolarHeydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - FotolarHeydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - FotolarHeydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi