xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:41 – İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:13 – İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:32 – Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib 
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 

Bərxudar Bərxudarov: Parlaq gələcəyə doğru

21-08-2024, 15:22 9 dəfə baxılıb



"Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır.
O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur,
o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir.
Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”.

Mehriban Əliyeva

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov - Ölkəmizin gender tarixinə nəzər saldıqda əsrlər boyu bu topaqda yaşayıb dəyişən nəsillərin dünyanın əksər bölgələrində olduğu kimi, tam patriarxal sosial sistemdə yaşadığını iddia etmək mümkün deyil. Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir. Məşhur rus ədəbi tənqidçisi və publisisti V.Belinski humanistliyi şüur və təhsil­lə inkişaf etmiş insansevərlik kimi dəyərləndirirdi. Ədibin baxışından gəlinən qənaət bu idi ki, humanistlik üçün yalnız gendən gələn nəcib xüsusiyyətlərin daşıyıcısı olmaq kifayət deyil. Müəyyən nəslə, soykökə bağlı göstəricilər müt­ləq təhsillə çulğalaşmalıdır. Bu çulğalaşma həmin göstəricilərə şüur qazandırır, nizam formalaşdırır. Mövcud trayektoriyada yaranmış mənzərə isə artıq dəyərə çevrilir. Elə bir dəyərə ki, ondan bütöv bir toplum, ümumən cəmiyyət, ən əsası isə xalq faydalanır. 

Tam qətiyyətlə söyləyə bilərik ki, Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti Mehriban Əliyeva malik olduğu nəslə məxsus nəciblik keyfiyyətlərini də­rin biliyi ilə çulğaşan humanizm nümunəsidir. Onun humanizmi ölkəmizin hüdud­larını aşan hadisədir. Vətənimiz Azərbaycanı milyonların gözündə dəyərə çevirən hadisə. 
Bərxudar Bərxudarov: Parlaq gələcəyə doğru


Bu gün – 26 avqust tarixi canlı humanizm nümunəsi, bu dəyərə qlobal libas biç­məyi bacarmış, onu parlaq ictimai hadisəyə çevirmiş Mehriban xanımın dünyaya gəldiyi gündür.

Bununla bağlı yazımıza isə Mehribanxanım Əliyevanın ölkəmizin Birinci vit­se-prezidenti təyin olunduqdan sonra “Rossiya 24” telekanalına müsahibəsində səsləndirdiyi fikirlərlə başlamaq istərdik: “UNESCO-nun və İSESCO-nun xoşmə­ramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizam­lamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müa­sir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu is­tiqamətdə də xeyli iş görməyə nail olmu­şam. Buna görə də mən gələcəyə nikbin baxıram”. 

Diqqətə çatdırdığımız iqtibas birinci xanımın Birinci vitse-prezident postuna layiqliyinin yalnız kiçik preambulasıdır. Bu preambulaya diqqət yetirərkən, onun keçdiyi yol, məqsəd və vəzifələri, real­laşdırdığı tədbir və təşəbbüslər, gördü­yü işlər gözlər önündə canlanmaqdadır. İstər-istəməz sual yaranır: Hansı məqa­mı fərqləndirək? Belə nəticəyə gəlirik ki, fərqləndirilməli cəhət yoxdur. Çünki Mehriban Əliyeva obrazının bütün sahə- lərdə gördüyü işlərin hamısı əhəmiyyətli­dir. Yalnız bir ölçü vahidi var ki, onun adı ürəkdir. Böyük Ürək. 

O ürək Mehriban xanımın çoxşaxəli fəaliyyətinin məğzini Azərbaycana, azər­baycançılığa xidmət amalına kökləmək naminə döyünür. Bu amalın məğzində Heydər Əliyev Fonduna rəhbərliyin da­yanmasının dərin məntiqi var. Axı, ulu ön­dər Heydər Əliyev Azərbaycan adlı ayrıca dünyadır. O, müasir, müstəqil respublika­mızın qurucusu, azərbaycançılığın bani­sidir. Dahi şəxsiyyətin zəngin irsinin ya­şadılması və təbliği isə Mehriban xanımın əlahiddə xidmətidir. 

Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdi­yi misilsiz fəaliyyət xətti ümummilli liderin ruhuna dərin ehtiram nümunəsi olmaqla yanaşı, həm də öz xalqı üçün fədakar­lıqlar etmiş, olmazın məhrumiyyətlərə qatlaşmış nəhəng dövlət adamına müna­sibətdəki qədirbilənlikdir. Bu qədirbilənli­yin milli dəyər şəklinə gəlməsi, öz ifadə­sini genişmiqyaslı tədbirlərdə tapması Heydər Əliyev irsindəki fundamentallığa yeni ahəng qazandırır, bu irsi institusional­laşdırır. 

Bəli, əminliklə vurğulaya bilərik ki, Mehriban Əliyeva Heydər Əliyevin mə­nalı ömür yolunu məktəbləşdirib. Elə bir məktəb ki, onun başlıca qayəsində Vətən sevgisi dayanır. Bütün çətinliklərə sinə gərmək üçün özündə güc və təpər tapan, ruhdan düşməyən, uğursuzluqları uğura çevirmək əzmini təlqin edən sevgi. Ona görə Heydər Əliyev Fondu həm də Vətən sevgisinin ali mərkəzidir. 

Heydər Əliyev Fondu Mehriban Əliyevanın özünün zənginliyindəki Vətən sevgisindən də nəşət alan platformadır. Qurumun gördüyü işlər el-obaya bağlılıq keyfiyyətlərindən doğan gücün, rasional düşüncənin, iti zəkanın sevgi naminə tə­zahürüdür. Bu təzahür dövlətçilik təfək­küründəki təntənədir – Mehriban Əliyeva təntənəsi. Bu təntənədə milyonlarla azər­baycanlıya Vətəni, xalqı, dövləti Heydər Əliyev kimi sevmək aşılanır. Aşılanır ki, dövlətçiliyimiz və müstəqilliyimiz əbədi ol­sun. Aşılanır ki, müstəqil respublikamızın ideoloji xətti daimilik qazansın, xalqımız ümummilli liderin ideyalarına söykənərək, yeni uğur və nailiyyətlərə doğru inamla ad­dımlasın. 

Bu yerdə Mehriban xanım Əliyevanın “Həyat dərsi” məqaləsindəki düşüncələrə üz tutmağı zəruri sayırıq. Çünki Heydər Əliyev zənginliyinə dəyər baxımından məxsusi ifadə tərzinə malik bu düşüncənin özü də dərin qədirbilənlikdir: “O zamanın qanunlarına görə yaşayan bir cəmiyyətdə respublika başçısının, sözün yaxşı məna­sında, millətpərəst bir insan olması onun həyatının nə qədər maneələrlə, üstüörtülü təhlükələrlə, daxili sarsıntılarla dolu oldu­ğunu göstərir. Başqa cür ola da bilməzdi! Axı Azərbaycan üçün Heydər Əliyev möh­kəm sipər, dayaqdır. Bunu bizim nəslimiz 80-ci illərin sonunda Vətənin üstünü qara buludlar alanda – Qarabağ savaşında, 20 Yanvar faciəsində haqsızlıq və laqeydlik ilə üz-üzə qalanda hiss etdi. Onun varlı­ğının Azərbaycan üçün Tanrı payı olduğu­nu onda dərindən duyduq. Hiss etdik ki, “Azərbaycan və Heydər Əliyev bir-birinə bağlanmış qırılmaz tellərdir” kəlmələrinin ifadəsi adi ritorika deyil.




Daxilən zəngin dünyaya malik insa­nın xarakterinə hakim kəsilmiş duyğuların məcmusu həm də mədəniyyətdir. Yüksək mədəniyyətə sahib fərdlərin malik olduq­ları keyfiyyətlər bir yerə toplanaraq xalqın şüur və düşüncəsinin məhsulu kimi qəlib­ləşir. Nəticə etibarilə düşüncə kübarlığının özü mədəniyyət hadisəsinə çevrilir. Azər­baycan xalqının varlığı da böyük ölçüdə onun ayrı-ayrı görkəmli şəxsiyyətlərinin daşıdıqları mədəniyyət formalarının ümu­miləşmiş məhsuludur. Qətiyyətlə söyləyə bilərik ki, Mehriban xanım Əliyevanın mədəniyyətimizə verdiyi dəyər də, onun təbliğinə sərf etdiyi misilsiz əmək də məhz bundan qaynaqlanır. Elə bu səbəbdəndir ki, onun ictimai fəaliyyətinin ilk addımların­dan biri Azərbaycan Mədəniyyət Fondu­nun təsis edilməsi olmuşdur. 

Mədəni zənginlik elə bir xüsusiyyətdir ki, paylaşdıqca artır, daha geniş miqyas alır. Miqyas genişlənir, xalq öz mədəniy­yətinə xas cəhətləri daha geniş areallara yayaraq, həm özü zənginləşir, həm də daşıdığı mental dəyərlərə, bir növ, bey­nəlmiləlçilik qazandırır. Beləliklə, xalq dünyada tanınır, qəbul olunur, özü ilə he­sablaşılması üçün immunitet formalaşdı­rır. Görünür, buna görədir ki, dahi Hüseyn Cavid demişdir:

Turana qılıncdan daha kəskin, ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Bəli, Mehriban xanım Əliyeva Azər­baycan mədəniyyətinin böyük hamisidir. O, mədəniyyətimizi haqq səsimizin eşidil­məsi naminə güc və qüvvət mərtəbəsinə ucaldan ziyalı obrazıdır. Haqq səsimiz­dən söz düşmüşkən, dövlətimiz otuz ilə yaxın müddətdə Qarabağ və digər işğal olunmuş ərazilərimizin qurtulması na­minə mücadilə verdi. Ulu öndər Heydər Əliyevin mövcud istiqamətdəki müba­rizəsinə yeni ruh gətirən Prezident İlham Əliyev siyasi-diplomatik vasitələrlə sa­vaş meydanına atıldısa, Mehriban xanım Əliyeva savaşın, belə demək mümkünsə, mədəniyyət cəbhəsinə rəhbərlik etdi. Beləliklə, 44 günlük Vətən müharibəsi nə­ticəsində diplomatik bacarıq və səriştə ilə mədəniyyətin vəhdəti özünün qürur doğu­ran bəhrəsini gördü – şanlı Zəfər tariximiz yazıldı. Deməli, Mehriban xanım mədəniy­yət davasında da Zəfər çaldı. 

Azərbaycanın Birinci vitse-prezidenti­nin mədəniyyət sahəsindəki layihələri də digər fəaliyyət istiqamətləri kimi, kifayət qədər, çoxşaxəli diapazona malikdir. An­caq bu yerdə Konfutsinin kəlamını xatırla­yaraq fikrimizə aydınlıq gətirmək istərdik. Dahi Çin filosofu deyirdi ki, bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. Mehriban xanımın milli musiqimizlə, muğamımızla bağlı reallaş­dırdığı təşəbbüslər xalqımızın xarakterinin təbliğidir. O insan ki, içində musiqi duyğu­su yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır, – de­yirdi Uilyam Şekspir. Belə nəticəyə gəlirik ki, Mehriban Əliyevanın musiqi təbliğatı, eyni zamanda, Azərbaycan insanının işıqlı obrazının tərənnümünə yönələn fəaliyyət­dir. Bu fəaliyyət önündə aydın səhərlərin açılmasında isə İlahi qanunauyğunluq və ədalət var. 

***

İdmana münasibətdə “sağlam bə­dəndə güclü ruh olar” deyirlər. Mehriban Əliyevanın idmanın təbliği istiqamətində gördüyü işlərdə sağlam bədənin daşıdığı sağlam ruhu həm də mədəniyyətimizin dünyaya tanıdılması naminə hərəkətə gə­tirməkdir. Onun mövcud sahədəki təşəb­büskarlığı və təşkilatçılığı özlüyündə dərin yüklü dövlət hadisəsidir. Bu baxımdan, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Av­ropa Oyunlarını xatırlamaq yerinə düşər. Həmin mötəbər turnirin keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri olan Mehriban xanım tarixi idman olayını əsl Azərbaycan şöləninə çevirdi. O şöləndə şanlı tariximiz də vardı, müasir simamız da, gələcəyə doğru inamlı addımlamaq əzmimiz də. 

Mehriban xanım hələ turnirdən əv­vəl Kann, Afina, Berlin, İstanbul və digər şəhərlərdə “Bakı-2015” ilk Avropa Oyun­larının təqdimat mərasimlərindəki çıxışları ilə Vətənimizin böyük idman hadisəsinə la­yiqli evsahibliyini gerçəkləşdirəcəyinə də­rin əminlik hissi formalaşdırdı. Bu baxım­dan, onun 2014-cü il noyabrın 18-dəİstanbulda “Çırağan” hotelində keçiril­miş təntənəli mərasimdəki çıxışından bir hissəni diqqətə çatdırmağı vacib sayırıq: “Birinci Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcək. Ona bax­mayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları yay olim­piya oyunları səviyyəsində keçirtmək əz­mindədir. Bunun üçün bütün lazımi tədbir­lər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə beynəlxalq idman federasiya­ları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Və ümidvaram ki, birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək”. 


Azərbaycanın birinci xanımının mə­dəniyyət dolu idman təşəbbüskarlığı özünü ən müxtəlif tədbirlərdə göstərib və göstərməkdədir. Ancaq hesab edirik ki, onun rəhbərlik nümunəsi Birinci Avropa Oyunları timsalında Azərbaycana rəğ­bət və qibtə epopeyasını yazdı. Turnir Mehriban xanımın da dediyi kimi, Yay Olimpiya Oyunları səviyyəsində təşkil olundu. Bu səviyyənin qazandırdığı təcrü­bə bazası onu deməyə əsas verir ki, ölkə­miz bütün dördilliklərin ən böyük idman hadisəsinə evsahibliyinə də tam layiqdir. 

Bəli, Mehriban xanımın fədakar əmə­yi sayəsində Prezident İlham Əliyevin Azərbaycanda idmanın kütləviləşməsi is­tiqamətində apardığı dövlət siyasəti yeni ahəngdarlıq zirvəsinə çatıb. Ölkəmiz dün­ya gimnastika ailəsinin fəxridir. Ümumən, Mehriban Əliyevanın istər Azərbaycan Gimnasitika Federasiyasının prezidenti, istərsə də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi daşıdığı missiyalar, onun digər fəaliyyət sahələrindəki gördüyü işlər kimi bənzərsiz və təkrarsızdır. 

***

Mehriban Əliyeva Azərbaycan icti­mai-siyasi həyatında son dərəcə parlaq simadır. Yuxarıda sadaladıqlarımız mə­ziyyətlərin hər birinin həmin simanın for­malaşmasında və cəmiyyət tərəfindən qə­bulunda öz rolu var. Nəzərə alaq ki, istər idman, istər mədəniyyət, istərsə də digər istiqamətlər üzrə əhatəli fəaliyyətin hədə­fində Azərbaycan amili varsa, həmin yön­də siyasətin rolu da ön planda olmalıdır. Bu, qaçılmaz reallıqdır. 

Ancaq siyasətçi Mehriban Əliyevanı fərqləndirən başlıca xüsusiyyət onun bu platformadakı iştirakında ziyalılıq çalarla­rının özünü daha qabarıq göstərməsidir. Demək çətindir ki, onun siyasətçi amplua­sı ziyalı təbiətinin vurğulanmasına xidmət­dir, yoxsa ziyalılığının siyasətçi simasına təsiri var. Görünür, incə balans mövcuddur və hesab edirik ki, qadın siyasət adamının zərif gücünü vurğulayan da məhz bu ba­lansın gözlənilməsidir. 

Hər bir halda, siyasətçi Mehriban Əli­yeva üçün hədəflər var. Həmin hədəflər­dən söz açılarkən, onun Birinci vitse-prezi­dent təyin olunduqdan sonra xarici media vasitələrindən birinə müsahibəsində səs­ləndirdiyi fikrin üzərində dayanmağı əhə­miyyətli sayırıq. Hesab edirik ki, bu fikir Mehriban xanımın ali dövlət vəzifəsinə tə­yin olunmazdan əvvəlki fəaliyyət paradiq­masının yeni postdan irəli gələn məsuliy­yətin qarşılanmasına dəstək baxımından önəmini təsdiqləyir: “Düşünürəm, dediyim kimi, bundan əvvəl icra etdiyim fəaliyyətin tutumu, yəqin ki, daha geniş olacaq. Yəqin ki, iş birmənalı daha çox olacaq. Mənim təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problem­lərinin həllinə diqqəti maksimum cəmləş­dirməkdir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. La­kin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram”.

Mehriban xanımın Birinci vitse-prezi­dent kimi ölkəmizin siyasət olimpindəki missiyası göstərir ki, vəzifəyə şöhrət və sanbal gətirən insandır. İnsanın daxilindən gələn nəcib xüsusiyyət və davranışlar, kübarlıq və alicənablıqdır. Əslində, onun Milli Məclisin deputatı kimi siyasət meyda­nında gördüyü işlər də həmin keyfiyyətlər məcmusunun ifadəsi idi. Birinci vitse-pre­zidentlik institutu isə onların arealını daha geniş götürmək imkanı verdi. Müvafiq ola­raq vəzifənin özü də dəyər qazandı. 

Vəzifə həm də ona görə dəyər qazandı ki, Mehriban xanımın siyasi baxışlar siste­mini bilavasitə insan, ona qayğı, həssas münasibət amili təşkil edir. Axı insanı an­lamaq, duymaq, onun daxili aləminə bələ­dçilik həm də dövlət idarəçiliyinin qayəsin­də dayanır. Mehriban xanımın təsvirindəki kimi: “Hakimiyyətə qarşı müxalifətdə ol­maq olar, lakin öz ölkəsinə qarşı müxa­lifətdə olmaq lazım deyil. Bu, ən dəhşətli haldır. Mənim məqsədim ondan ibarətdir ki, belə deyək, hətta tənqidə ən çox meyil edən təbəqələrin də müəyyən müddətdən sonra tənqid üçün az əsası olsun”. Bütün bunlar bir daha Azərbaycan Prezidenti İl­ham Əliyevin seçiminin uğurunu göstərir. 

***

Mehriban Əliyeva obrazını bənzərsiz və təkrarsız edən bir mühüm məqama da diqqət yetirək. Məlum olduğu kimi, Azər­baycanda qadınlar ictimai həyatda işti­rakları ilə seçiliblər. Tariximizdə də bunun layiqli örnəkləri var. Ancaq tam əminliklə söyləmək mümkündür ki, tarixin heç bir dövründə Azərbaycan qadını indiki qədər ictimailəşmiş məzmunda olmayıb. Onu da tam qətiyyətlə demək lazımdır ki, Azər­baycan qadınının cəmiyyət həyatındakı hazırkı fəallıq etalonu məhz Mehriban xanımdır. O, vətənpərvər, maarifpərvər qadınlarımızın müasir həyatını yeni key­fiyyətdə davam etdirən nümunədir. 

Mehriban Əliyeva obrazı qadınların cəmiyyət üçün sosial məsuliyyət hissinin təşviqatçısıdır. Onun iş diapazonundakı genişlik zərif cinsin nümayəndələrinin ki­şilərlə bərabər, çiyin-çiyinə, xalqımız və dövlətimiz naminə yorulmadan çalışma­sı yolundakı mayakdır. Bu mayak bütün sahələr üzrə qadın əməyinin təşviqedici funksiyasını yerinə yetirir, istiqamətlən­dirici rol oynayır. Elə bu səbəbdəndir ki, ölkəmizdə qadınların təmsil olunduqları strukturların sayı durmadan artır. 

Ən əsası isə Mehriban Əliyevanın fəa­liyyəti ənənəvi Şərq qadınının tarixdə mə­lum olan yüksək fəallıq nümunələri ilə tam passivlik tendensiyası arasındakı təzadı aradan qaldırır. Nəzərə alaq ki, tarix boyu haqqında söz açdığımız yüksək fəallıq qa­dının zəriflik obrazına xələl gətirdiyi kimi, tam passivlik də onu cəmiyyətdən təcrid durumuna salırdı. İndi qətiyyətlə deyə bilərik ki, Mehriban xanımın müəyyənləş­dirdiyi meyar qadının əsl qadın və ana obrazını vurğulamaqla, keçmişin qadın­lara münasibətdəki mənfi stereotiplərini sıradan çıxarır, həmin neqativlərin təkrar­lanmaması üçün güclü mənəvi müqavimət səddi formalaşdırır. Bu, son dərəcə dəyərli və milli olduğu qədər də bəşəri məqam­dır. Həmin məqamın incəliklərinə ölkə­mizin Birinci vitse-prezidenti “Rossiya 1” telekanalına verdiyi və telekanalın “Vesti nedeli” proqramında yayımlanmış müsa­hibədə özünəxas üslubda aydınlıq gətirir. Mehriban Əliyeva Birinci vitse-prezidentin qadınların siyasətçi kimi qəbuluna o qə­dər də adət etməmiş Şərq mentallığına malik kişilərlə qarşılaşmasının labüdlü­yünə, buna nə dərəcədə hazır olduğuna dair suala cavabında bildirir: “Əlbəttə, biz müsəlman ölkəsiyik, lakin, eyni zamanda, dünyəvi dövlətik, bizim dünyəvi əsasla­rımız var. Biz öz dinimizə, ənənələrimizə dərin hörmət və ehtiram bəsləyirik. Lakin bizdə dövlət və din bir-birindən ayrıdır və düşünürəm ki, bu məsələdə heç bir prob­lem yoxdur. Mən buna tamamilə hazıram, bunu hər hansı çağırış hesab etmirəm”. 

***

Mehriban Əliyeva gözəl anadır, fə­dakar həyat yoldaşıdır. Nəzərə alaq ki, siyasətlə, nəhəng ictimai-humanitar fəa­liyyətlə ailə məsuliyyətinin sintezini yarat­maq hər qadına müyəssər olan xoşbəxtlik deyil. Mehriban xanım xoşbəxtdir, bu an­lamda da etalondur və onun ailə-idarəçilik vəhdəti baxımından nümunə kimi qiymət­ləndirilə biləcək bir çox keyfiyyətlərindən söz açmaq mümkündür. Həmin keyfiyyət­lərin ümumi xarakteristikası onu deməyə əsas verir ki, Mehriban Əliyeva nümunə­viliyi dövlət idarəçiliyi və ictimai fəaliyyət­lə ailə mühiti arasında son dərəcə incə sərhədləri qorumaq bacarığındadır. Onun özü isə bildirir ki, hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın görünür ki, xanım Əliyeva fərdi vətəndaşdan ictimai xadimə, şəxsiyyətə çevrilmənin düsturla­rına dərindən bələddir. Hansı məqamda özünü və ya öz ailəsini yox, ölkəsini təmsil edərək onun tərəqqisini düşünmənin xü­susiyyətlərinə də həmçinin. 


Ancaq ayrı-ayrı müsahibələrindən, söylədikləri fikirlərdən o da aydın görünür ki, Mehriban xanımı milyonların nəzərində ucaldan iki vacib xüsusiyyət var. Bunlar­dan biri sadəlik, digəri səmimilikdir. Ailə mühiti səmimidir. Mehriban xanım o mühiti müsahibələrinin birində son dərəcə sadə tərzdə anladıb: “Mən xörək bişirməyi çox sevirəm. Əgər siz mənim necə dincəldiyi­mi soruşursunuzsa, bu, mənim gözəl isti­rahət edə biləcəyim sahədir. Ləziz xörək­lər bişirmək bir növ həm də yaradıcı işdir. Mən bunu sevirəm, edirəm və bacarıram. Ola bilər, bu, bir qədər təvazökar səslən­mir, amma ümid edirəm ki, hazırladığım yeməkləri dadanlar mənim sözlərimi təs­diqləyərlər. Mən, demək olar ki, bütün milli Azərbaycan xörəklərini bişirə bilirəm, Av­ropa yeməklərini bişirməyi xoşlayıram. Bu, tamamilə normaldır. Əvvəla, hesab edirəm ki, bunu hər bir qadın bacarmalıdır. Amma əgər bunu sevirsənsə, niyə də yox”.

“Kollektivi olaraq, Vətə­ni, xalqı və dövləti naminə reallaşdırdığı bütün işləri sevərək həyata keçirməyin sivil örnəyi olan Azərbaycanın Birinci vit­se-prezidenti, birinci xanımı Mehriban Əli­yevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möh­kəm cansağlığı, müstəqil Azərbaycan na­minə yorulmaz fəaliyyətində bol-bol uğur­lar və sevinclər arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi