xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Budəfəki siyahıyaalmada Bakıdakı ermənilərini də qeydə aldılar? — Dövlət Statistika Komitəsindən CAVAB GƏLDİ

4-11-2019, 14:09 83 dəfə baxılıb

Budəfəki siyahıyaalmada Bakıdakı ermənilərini də qeydə aldılar? — Dövlət Statistika Komitəsindən CAVAB GƏLDİ

Bu ilin 1-10 oktyabr tarixlərində əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması keçirilib.
Dövlət Statistika Komitəsinin məlumatı xəbər verir ki, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkədə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.

Maraqlıdır, siyahıyaalma zamanı Bakı ermənilərinin, Dağlıq Qarabağ ermənilərinin sayının dəqiqləşdirilməsi, onların sorğulanması hansı şəkildə həyata keçirilib? Onların sayı da siyahıyaalınmanın nəticələrində nəzərə alınacaqmı?

Modern.az-ın məsələ ilə bağlı sorğusunu Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev cavablandırıb.

A.Abbasəliyev bildirib ki, bütün prosedurlar qanunvericilik çərçivəsində icra olunub:
“Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması işğal altında olan ərazilər istisna olmaqla ölkənin hər bir inzibati ərazi vahidi üzrə aparılıb və respondentlərin aid olduğu milliyyət və ya etnik qrup sorğu vərəqəsinin “Milli (etnik) mənsubiyyətiniz” sualına cavabı əsasında müəyyən edilib”.

DSK rəsmisi qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin ikinci yarısınadək nəzərdə tutulub.

Hazırda Bakıda erməni milliyətindən olanların da yaşadığı heç kimə sirr deyil.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bir neçə gün öncə "Din və insan hüquqları" mövzusunda keçirilən konfransda bunu bir daha təsdiqləmişdi.

“Bu gün Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarının qorunması təmin edilir”,- deyən Ombudsmanın sözlərinə görə, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb: "Azərbaycanlılar Ermənistanın monoetnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də ölkəmizdə yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır, onların hüquqlarının qorunmasını təmin edilir".

Qeyd edək ki, Azərbaycanda əhalinin sonuncu siyahıyaalınması 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib. Siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi