xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Kamal Həsənov: Əbədi və dönməz

12-05-2023, 15:45 110 dəfə baxılıb


Kamal Həsənov: Əbədi və dönməz


Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilib

10 may 2023-cü il tarixdə Cəbrayıl rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub. Həmçinin rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ulu Öndərin Cəbrayıl rayonuna səfərlərini əks etdirən foto-sərgilərə baxış keçirilib.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Ümummlilli lider Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər) ilə bağlı geniş məruzə edib. Rayon rəhbəri bildirib ki, bu gün, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bütün dünya Azərbaycanlıları kimi Cəbrayıllılar da bu əlamətdar tarixi gündə böyük şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirlər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin hər iki dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olmuşdur.
1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal müəssisələri, mühüm infrastruktur obyektləri istifadəyə verildi, 630 min yeni iş yeri açıldı, yeni yaşayış massivləri salındı.
Beləliklə, 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı.
Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Belə ağır bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, dövlətçiliyimizi hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorudu və ölkəmizi dayanıqlı inkişaf yoluna çıxardı.
Məhz Heydər Əliyevin çox gərgin və genişmiqyaslı fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun ən layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan xalqı Ümummilli Liderimizin həmişəyaşar ideyaları əsasında 44 günlük Vətən müharibəsində ermənilər üzərində tam qələbə çaldı, Azərbaycanın tarixi torpaqlarını işğaldan həmişəlik azad etdi. İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla qazanılmış parlaq Zəfər güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdə cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək Azərbaycan xalqını Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında yenidən bir yumruq kimi birləşdirdi.
Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Biz cəbrayıllılar Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, həmişə olduğu kimi, bundan sonra da Ulu Öndərin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət və inam nümayiş etdirəcəyik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkəmizin hərtərəfli davamlı inkişafı üçün var qüvvəmizi əsirgəməyəcəyik.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Sonra Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olundu.
Tədbir Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında musiqili konsert proqramı ilə davam etdirilib.

Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz
Kamal Həsənov: Əbədi və dönməz



Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov - “Mayın 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Şuşa şəhərindən etdiyi müraciət tarixi müraciət kimi dəyərləndirilməlidir. İlk növbədə, Qarabağın tacı, 44 günlük Vətən müharibəsində Zəfərimizin rəmzi olan Şuşa şəhərindən bu müraciətin edilməsi böyük məna daşıyır. Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü hər il xalqımız və dövlətimiz böyük təntənə, milli bayram səviyyəsində qeyd edir. Ulu Öndərin 100 illik yubileyi isə daha möhtəşəm oldu. Torpaqlarımızın azad edilməsi, o cümlədən Şuşanın azad edilməsinə görə Ulu Öndərimizin ruhu şaddır”.

Azərbaycan Prezidenti müraciətində Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən geniş bəhs edib. Müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Qısa müddət ərzində Azərbaycan keçmiş ittifaq respublikaları arasında sosial-iqtsadi cəhətdən ön sıralara çıxdı, eləcə də milli mədəni və mənəvi intibah dövrü başladı. Haqlı olaraq deyilir ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi.

Kamal Həsənov: Əbədi və dönməz


1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük faciələr gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndərimiz özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk. Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz həyatını müstəqil dövlətimizin və xalqımızın inkişafına həsr etdi. O hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmzin güclənərək beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün titanik fəaliyyət göstərdi.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Dövlətimizin başçısının ötən illər ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb, regional və qlobal enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin dünya üçün önəmini təsdiqləyib, dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarda münasibətlər qurulub. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilib. Məhz fəal diplomatiya sayəsində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sənədlər qəbul olunub, dünya ölkələri də Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan ediblər. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərkən də bu sənədlər hüquqi baza rolunu oynayıb. Vətən müharibəsi zamanı cənab İlham Əliyevin güclü strateq, cəsur və məğlubedilməz sərkərdə olduğu bir daha təsdiqləndi. Bununla da, cənab İlham Əliyev ATA vəsiyyətini yerinə yetirdi. Amma işğaldan azad edilmiş ərazilərimizi bərpa etmək hazırda qarşımızda dayanan ən ümdə vəzifədir. Artıq o torpaqlara artıq həyat qayıdır.

Kamal Həsənov: Əbədi və dönməz


İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: “Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir”. Cənab Prezident həmçinin vurğulayıb: “Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq”.

“Azərbaycan dövləti bu gün işğaldan azad edilmiş əraziləri bərpa etməklə yanaşı bütövlükdə regionda yeni təşəbbüslərlə çıxış edir. Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına hədəflənib. Biz zaman-zaman Ermənistanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə təxribatlarının şahidi oluruq. Lakin bu təxribatlar yeni reallıqları dəyişdirmək iqtidarında deyil. Çünki 44 günlük müharibədə qələbə qazanan, yeni reallıqlar yaradan Azərbaycan şərtləri diktə edir. Beləliklə, bugünkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Dövlətimiz Heydər Əliyev yolu ilə gedərək daha böyük nailiyyətlərə imza atacaq!”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi