xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Şər və böhtan yazanlara Tutarlı CAVAB - Yaşar Mustafayev

11-03-2023, 14:26 43 dəfə baxılıb

Şər və böhtan yazanlara Tutarlı CAVAB - Yaşar Mustafayev


Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, 2 saylı RETSİ-nin rəisi Yaşar Mustafayev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

2 saylı RETSİ-nin rəisi Yaşar Mustafayevin məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" 2 saylı RETSİ-nin rəisi Yaşar Mustafayevin haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. 2 saylı RETSİ-nin rəisi Yaşar Mustafayev barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, 2 saylı RETSİ-nin rəisi Yaşar Mustafayev ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

2 saylı RETSİ-nin rəisi Yaşar Mustafayev - Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu ölkəmizi hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində öz sözünü deyə bilən bir dövlət kimi görmək idi. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ulu Öndərin ən böyük arzusu artıq reallaşıb. Azərbaycanı, xalqımızı bəlalardan xilas edən Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasət kursunu layiqincə davam etdirən Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün dünya dövlətləri içərisində öz layiqli yerini tutmağı bacarıb.

Ulu Öndər Heydər Əliyev bu günkü müstəqil Azərbaycanın dövlətçiliyinin gələcək inkişaf strategiyasını yaradaraq, demokratik, hüquqi dövlətin qurulmasına, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanmasına zəmin yaradıb. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafına sərf edən Ümummilli Liderin misilsiz zəhməti ilə Azərbaycan zamanın ən çətin və mürəkkəb sınaqlarına sinə gəldi, əbədi müstəqilliyi əldə etdi.

Milli qürurumuzu özümüzə qaytaran, soydaşlarımızın birliyini bərpa edən Ulu Öndər Heydər Əliyev hər bir elini-obasını sevən Azərbaycanlıya Vətənini məhz Onun kimi sevməyi öyrətdi. Dahi şəxsiyyətin "Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri əbədi olaraq dilimizdə şüarına çevrildi.

Şər və böhtan yazanlara Tutarlı CAVAB - Yaşar Mustafayev


Azərbaycan tarixinə ağır, məşəqqətli illər kimi daxil olan XIX əsrin 90-cı illərinin əvvəllərində, ölkəmiz dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı təlatümlü günlər yaşayan Azərbaycanı məhv olmaqdan, beynəlxalq aləmdən təcrid olunmaqdan xilas etdi.

Qürurverici haldır ki, Ümummilli Liderin misilsiz zəhməti sayəsində, qoyduğu bünövrənin üstündə ucılan müstəqil Azərbaycanın adı bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə birgə çəkilir.

Azğın düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qovuşmaları da Ulu Öndərin bizə miras qoyduğu məqsədyönlü, çevik, praqmatik siyasətin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində reallığa çevrildi. 44 günlük Vətən müharibəsində dahi rəhbər Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan böyük Qələbə sevincini yaşadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəman əsgər və zabitlərimizin canları, qanları bahasına torpaqlarımız düşmən tapdağından birdəfəlik azad edildi. Dünya Azərbaycanın tayı, bərabəri olmayan misilsiz Zəfərinə şahidlik etdi.

Təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənərək bu günün müasir, müstəqil Azərbaycanı yüksək zirvələrə ucaldı. Ulu Öndər həyat yoluna nəzər saldıqda dahi şəxsiyyətin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Xarakterindəki yüksək əzmkarlıq, ilk növbədə özünə və ətrafındakılara qarşı tələbkarlıq, Azərbaycanı canından da artıq sevməsi adını tarixə qızıl hərflərlə yazdıran Ümummilli Lider Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlərdən idi.

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikada və onun regionlarında əhalinin yaşayış səviyyəsinin qaldırılmasını, iqtisadi dirçəlməsini xüsusi ilə diqqətə saxlayırdı. Ölkədə aqrar sahələrlə yanaşı, yeni maşınqayırma, energetika, kimya və neft-kimya, yüngül və yeyinti sahələrinin inkişafı xalqının yaşayış rifahının qaldırılmasına hesablanırdı.

Respublikanın bütün şəhər, rayon və kəndləri kimi Azərbaycan tarixində öz yeri və mövqeyi ilə seçilən qədim Gəncə, dahi Nizaminin yurdu Ulu Öndər Heydər Əliyevin daim diqqətində olub. Hələ SSRİ dövründə Gəncənin iqtisadi potensialının gücləndirilməsi, zavod və fakriklərin fəaliyyətinin genişləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı idi. Ulu Öndər Heydər Əliyevin dünyaşöhrətli Nizami Gəncəvi yurduna hər işgüzar səfəri bayrama çevrilirdi. Dahi rəhbərin hər səfərindən sonra qədim Gəncənin intibah dövrü başlayırdı.

Böyük Azərbaycanlı Heydər Əliyevin Gəncəyə səfəri bir də 13 il sonra reallaşır. Bu dəfə dahi rəhbər Gəncəyə Müstəqil Azərbaycanın qurtuluşun bünövrəsi qoyulduğu 1993-cü ilin qanlı-qadalı 4 iyundan 6 gün sonra müdrik el ağsaqqalı kimi gəlir. Ulu Öndər Heydər Əliyevin müdrikliyi, nüfuzu yerində olmayan rəhbərlərin xaos və anarxiysı üzündən ölkədə hökm sürən hərc-mərcliyin, qardaş qırğınının qarşısı alınır. Xalqımızın xilaskarı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin şəhər, rayon və kəndləri, o cümlədən Nizami yurdu yeni inkişaf mərhələsinə qədəm qoydu.

Fəxrlə onu da qeyd edək ki, Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra da ilk işgüzar səfəri də Gəncəyə olub.

Qədirbilən gəncəlilər Ulu Öndər Heydər Əliyevi həmişə məhəbbətlə, ehtiramla yad edirlər. Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncamını Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları kimi qədim diyarın sakinləri də böyük sevinclə qarşıladılar. Xalqımızı dünyada təklənmək tühlükəsindən xilas edən müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf edən 2023-cü ilin “Heydər Əliyev ili” kimi geniş qeyd edilməsi də Azərbaycan xalqının milli tariximizin ən qüdrətli simasına olan sonsuz məhəbbətdən irəli gəlir.

Xalqına şərəflə xidmət edən müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin bizlərə bəxş etdiyi dövlətçilik irsi ölkəmizi inkişafın, tərəqqinin yeni pillələrinə yüksəldir. Dahi şəxsiyyətin həyat fəlsəfəsi Vətənini, ei-obasını sevən hər bir Azərbaycanlıya örnəkdir. Ulu Öndərin irsini öyrənmək, qorumaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.

Ulu Öndərin inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev dahi rəhbərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə başa çatdırdı. Dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Dahi rəhbərin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, müstəqil dövlətimizin gələcəyi etibarlı əllərdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi