xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Murad Nəsirullayev: Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…

9-03-2023, 12:36 77 dəfə baxılıb

Murad Nəsirullayev: Heydər Əliyev ideyaları əsasında yeni hədəflərə doğru…



“Bu gün müasir müstəqil, qalib Azərbaycanın dünyaya səs salan inkişaf modelindən, davamlı uğurlarından bəhs edirik. Hər bir uğurun əsasında qətiyyət, böyük səylər, ən əsası düzgün qurulan siyasətin nəticəsi olaraq yaradılan möhkəm təməl dayanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Bu mühüm addım çoxəsrlik tariximizin ən parlaq səhifələri kimi dəyərləndirilən, bugünkü inkişafa əsas yaradan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərinin geniş təhlilində, indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz bu baxımdan ulu öndər Heydər Əliyevin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir.”

Bu fikirləri iş adamı Murad Nəsirullayev bildirib.

Murad Nəsirullayev diqqəti ulu öndər Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqində yer alan “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikirlərinə yönəldərək qeyd edib ki, artıq iki ildən çoxdur qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır: “Bu, Ermənistana və ona havadarlıq edən dövlətlərə belə bir mesajdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Dövlət başçısı İlham Əliyevin şanlı Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri ilk olaraq bu ərazilərdə Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.”

“Bugünkü uğurlarımız belə bir qənaəti böyük əminliklə qeyd etməyə əsas verir ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Ulu öndər Heydər Əliyev bu reallığı əsaslı şəkildə diqqətə çatdırmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Hazırda Azərbaycan ulu öndər Heydər Əliyevin arzuladığı zirvələri fəth edir. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider onun daimiliyini təmin etmək üçün azərbaycançılıq ideologiyasının formalaşdırılmasına, harada yaşamasından asılı olmayaraq bütün dünya azəbaycanlılarının bir ideya ətrafında sıx birliyinə çağırış etdi”.

Murad Nəsirullayev ulu öndər Heydər Əliyevin fikirlərinə istinadən bildirib ki, müstəqilliyi elan etmək hər bir xalq, ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz, sarsılmaz etmək bundan da böyük vəzifədir, xoşbəxtlikdir.

“Azərbaycan xalqına, dövlətinə bu xoşbəxtlik nəsib oldu. Müstəqilliyinin daimiliyini təmin edən Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq tarixi Zəfəri şərtləndirən bütün amillərin mövcudluğunu təmin etdi. İqtisadi və siyasi müstəqilliyin yaradılması davamlı uğurlarımızın əsasıdır. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz təbii sərvətlərinin əsl sahibinə çevrildiyinin, bu resurslardan yalnız indiki deyil, gələcək nəsillər üçün də istifadə ediləcəyinə əminliyin ifadəsi oldu. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Bu isə öz növbəsində müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı. Ümumilikdə Ümummilli Liderin hər bir addımı Azərbaycanın uğurlu gələcəyinə yönəlmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcək. Müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzi, göstəricisidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi