xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Şəhidin adına göndərilən mesajla bağlı rəsmi açıqlama - FOTO

17-02-2023, 12:41 21 dəfə baxılıb

Şəhidin adına göndərilən mesajla bağlı rəsmi açıqlama - FOTO


“Fevralın 14-də telefona, şəhidimin adına bir mesaj gəldi. Baxdım, oxudum, gözlərimə inanmadım. Mesajda deyilirdi ki, “Hörmətli Mahmudov Etibar Aleksandr oğlu, fərdi məşğulluq proqramının tərtib və əldə edilməsi üçün 5 iş günü müddətində Regionl məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşmağınız xahiş olunur. Əks halda işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılacaqsınız”.

Bu sözləri Etikxeber.az-a İkinci Vətən Müharibəsi Şəhidi Etibar Aleksandr oğlu Mahmudovun anası Əsmayə Mahmudova deyib. Mingəçevir sakini olan Əsmayə xanım deyir ki, 2 il 3 ay öncə şəhid olan oğlunun nömrəsini öz telefonunda istifadə edir. Mesaj da elə bu nömrəyə gəlib: Mənim övladım şəhid olub, bunların heçmi dünyadan xəbərləri yoxdur? Bu qədər məsuliyyətsizlik, bu qədər vicdansızlıq olarmı? Şəhidin ruhuna edilmiş hörmətsizlik aradan qaldırılsın, şəhidin ruhundan və məndən üzr istənilsin!”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən mövzu ilə bağlı saytımıza belə açıqlama verildi: “Şəhidimiz Etibar Mahmudovun vaxtilə istifadə etdiyi, hazırda da adına aktiv olan telefon nömrəsinə göndərilmiş SMS-lə bağlı Dövlət Məşğulluq Agentliyinin əməkdaşları şəhidimizin anası Əsmayə Mahmudova ilə görüşüblər. Şəhid ailələrinə daim hörmət və qayğı ilə yanaşıldığı bildirilib, baş vermiş texniki yanlışlıqla bağlı izahat verilib”.
Qeyd edək ki, Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı həlak olub. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhid ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

Şəhidin adına göndərilən mesajla bağlı rəsmi açıqlama - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi