xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Videosu yayılan şəhid anası ilə bağlı nazirlikdən AÇIQLAMA/FOTO

7-01-2022, 11:51 98 dəfə baxılıb

Videosu yayılan şəhid anası ilə bağlı nazirlikdən AÇIQLAMA/FOTO


Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi Nicat Salahovun anası Aygün Salahovanın çarəsiz vəziyyətdə olması ilə bağlı məlumat yayılıb.

Onun yaşadığı ərazidə istilik olmadığı, xəstə şəhid anası ilə heç kimin maralanmadığı bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov isə bildirib ki, ananın qaldığı yer dövlət uşaq müəssisələrinin məzunları üçün olan binadır:

“Bura Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Məzun Evidir. Yuxarı mərtəbə olduğu üçün nasoslarda nasazlıq səbəbindən istilik sistemi çatdırmayıb. Artıq lazımi addım atılıb. Sözügedən mənzil də təmir prosesində müvəqqəti olaraq qızdırıcı cihazla isidilib”.

Qurum rəsmisi şəhid anası ilə bağlı paylaşım edənləri vəziyyətlə yerində tanış olmaq üçün sözügedən binaya baxmağa da dəvət edib.

Qeyd edək ki, əsgər Salahov Nicat Fikrət oğlu 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb və müvafiq medallarla təltif edilib.

Videosu yayılan şəhid anası ilə bağlı nazirlikdən AÇIQLAMA/FOTOVideosu yayılan şəhid anası ilə bağlı nazirlikdən AÇIQLAMA/FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi