12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR
Elbrus Məmmədbəyov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
10-02-2023, 11:30
74 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabirabad Pambıq İstehsalı və Tədarükü məntəqəsinin direktoru Elbrus Məmmədbəyovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad Pambıq İstehsalı və Tədarükü məntəqəsinin direktoru Elbrus Məmmədbəyovdur.
Sabirabad Pambıq İstehsalı və Tədarükü məntəqəsinin direktoru Elbrus Məmmədbəyov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elbrus Məmmədbəyov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad Pambıq İstehsalı və Tədarükü məntəqəsinin direktoru Elbrus Məmmədbəyova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sabirabad Pambıq İstehsalı və Tədarükü məntəqəsinin direktoru Elbrus Məmmədbəyov - Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərləri Azərbaycan xalqıı çox sarsıntı və sonsuz kədər hissi ilə qarşılamışdır.
Zəlzələ milyonlarla əhalinin yaşadığı 7 bölgəni əhatə edir. Bu anadək təbii fəlakət qurbanlarının sayı 8 minə yaxınlaşır, yaralıların sayı on minlərlədir. Çox təəssüf ki, bu rəqəmlər getdikcə böyüyür, dağıntılar altında çoxlu sayda insan qalmışdır. Türkiyədə 7 günlük milli matəm elan olunmuşdur.
Azərbaycan dövləti zəlzələ baş verən andan hamıdan qabaq qardaş Türkiyənin yanında olduğunu və etibarlı dost münasibətini nümayiş etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ zamanı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırmış, yaralananların tezliklə şəfa tapmasını diləmişdir. Bu gün isə dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək qardaş ölkənin xalqına bir daha başsağlığını ifadə edib. Səfirlə görüşərkən deyib ki, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.
Onun xüsusi göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400 nəfərdən artıq bir neçə cevik xilasetmə heyəti hal-hazırda fədakarlıqla hadisə bölgəsində gecə-gündüz mücadilə aparmaqdadır. Kömək üçün yeni qüvvələr səfərbər olunur. Ehtiyac duyulan texnika və ləvazimatlar, o cümlədən hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı artıq fəlakət bölgəsinə yola salınıb.
Qardaş ölkəyə müxtəlif formalarda humanitar yardımlar göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən bu məqsədlə böyük maliyyə vəsaiti ayrılıb. Azərbaycan parlamenti də qardaş ölkəyə öz maddi və mənəvi dəstəyini verməkdədir. Bakı şəhərində və bölgələrdə şəxsi təşəbbüslərlə fəaliyyətə başlayan Türkiyəyə yardım mərkəzlərinin sayı günbəgün artmaqda davam edir, bu məntəqələrin qarşısında kömək təklif edən insanlardan ibarət böyük növbələr yaranıb. Cəmi 2 gün ərzində milyondan çox azərbaycanlı sahibkar və sadə vətəndaş bu kampaniyada iştirak edib və bu proses durmadan davam edir.
Azərbaycan xalqı Türkiyənin hər zaman Azərbaycana qardaş kimi arxa-dayaq olduğunu unutmur. 44 günlük Vətən müharibəsində Türkiyə elə ilk dəqiqələrdən etibarən son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək Azərbaycanın əsl qardaşı olduğunu sübut edib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə siyasi müttəfiqliyimizin və ortaq təhlükəsizliyimizin hüquqi əsasıdır.
Qürurvericidir ki, Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını dünya üçün örnək olduğunu vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun". Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki, iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: