Musa Abbasov: Azərbaycan humanitar missiyasını şərəflə yerinə yetirir
7-07-2022, 15:20
92 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Yeni Klinika" tibb müəssisəsinin direktoru Musa Abbasovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Yeni Klinika" tibb müəssisəsinin direktoru Musa Abbasovdur.
"Yeni Klinika" tibb müəssisəsinin direktoru Musa Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Musa Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Yeni Klinika" tibb müəssisəsinin direktoru Musa Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
"Yeni Klinika" tibb müəssisəsinin direktoru Musa Abbasov - Azərbaycan dövləti koronavirus pandemiyası dünyanı ağuşuna alan vaxt Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı, 5 ölkəyə peyvənd ianəsi edib. Hazırda Qoşulmama Hərəkatına üzv olan bir neçə ölkəyə təqribən bir milyon doza peyvənd vaksini ianə edilmişdir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın qlobal fəaliyyət planı hazırlamış, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı səylərini səfərbər etməsi istiqamətində irəli sürdüyü təşəbbüslər Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının nüfuzunun dünya miqyasında yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.
COVID-19 ilə mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınmasında BMT-nin müstəsna rolu var. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı dövlətləri ilə əməkdaşlıq və həmrəylik ruhunda səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.
Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır. Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır.
Azərbaycan dövləti qlobal humanitar missiyasını uğurla davam etdirir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsi ilə az inkişaf etmiş ölkələrə yardımlar edir. Bu missiya Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR