xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Vüsal Məmmədov: “44 günlük Vətən müharibəsindəki parlaq zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu

4-11-2022, 11:55 236 dəfə baxılıb

Vüsal Məmmədov: “44 günlük Vətən müharibəsindəki parlaq zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu


Yevlaxda “Azərbaycan tarixinin Zəfər salnaməsi” adlı konfrans keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Azərbaycan tarixinin Zəfər salnaməsi” adlı konfrans keçirilib.

Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Torpaqlarımız düşmən işğalından azad edildi, xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin olundu.

Çıxış edən şəhid atası Fərman Kazımov Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən, onun rəhbərliyi ilə müzəffər Ordumuzun müharibədəki misilsiz şücaətindən bəhs edib. Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanmasını, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək bildirib ki, çoxmilyonlu Azərbaycan xalqının lideri kimi Prezident, Partiyanın Sədri İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırıb. Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərdən sonra vaxtilə İosif Stalin, Serqo Orconikidze və Anastas Mikoyan kimi radikal millətçi bolşeviklərin məkrli diktəsi ilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə gedib. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı və xalqımızın hər il qürur hissi ilə qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə Şöbəsinin müdiri Natiq Əfəndiyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və Vətən müharibəsi qazisi Yusif Kərimov çıxış edərək, Zəfər tariximizdən və bu zəfərin əldə olunmasından, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində döyüş meydanındakı qəhrəmanlığından geniş bəhs ediblər.

Tədbirdə Yevlax mədəniyyət işçilərinin ifasında möhtəşəm Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Vüsal Məmmədov: “44 günlük Vətən müharibəsindəki parlaq zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyulduVüsal Məmmədov: “44 günlük Vətən müharibəsindəki parlaq zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu
Vüsal Məmmədov: “44 günlük Vətən müharibəsindəki parlaq zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu


Yevlax rayon Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov - “44 günlük Vətən müharibəsindəki parlaq zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Növbəti proseslərin istiqaməti isə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması oldu. Bununla əlaqədar istər Rusiyada, istərsə də Avropa qitəsində keçirilmiş bütün görüşlər birmənalı şəkildə Azərbaycanın siyasi və diplomatik üstünlüyü ilə nəticələndi. Elə sonuncu dəfə Rusiyanın Soçi şəhərində keçirilmiş görüş də bu baxımdan istisna təşkil etmədi”.

Soçi görüşündən əvvəlki proseslər və nəticə çox maraqlı məqamlarla yadda qaldı: “Təsəvvür edin ki, Ermənistan tərəfi bütün görüşlərdə olduğu kimi bu dəfə də məyus olacağını, Azərbaycanın irəli sürdüyü prinsiplərlə razılaşacağını bilirdi. Bu baxımdan da istər media, istərsə də anti-Azərbaycan düşərgəsi üzərindən görüş öncəsi psixoloji təzyiq və narahatlıq atmosferi yaratmağa çalışırdı. Əlbəttə ki, manipulyasiya və spekulyasiya tədbirləri baxımdan Ermənistanın atdığı addımlar onların vəziyyəti prizmasından normal qəbul oluna bilərdi. Bəs, görəsən Azərbaycandakı radikal müxalifətin erməni mövqeyindən çıxış etməsini necə izah etmək olar? Axı necə hələ görüş keçirilməmiş, nəticəsi bəlli olmamış Ermənistanın müxtəlif kanallarla ictimai rəyə sızdırmağa çalışdığı uydurmalar üzərindən “hipotezlər” qurub “ssenarilər” çəkmək olar? Məhz Soçi görüşü öncəsi baş verən proseslər bir daha isbatladı ki, dünya erməniliyi, anti-Azərbaycan cəbhəsi və radikal müxalifət ölkəmizin qələbəsinə ləkə gətirməyə çalışsa da, bu plan da fiaskoya uğradı. Beləliklə də, Soçi görüşü ilə Azərbaycan bir daha Ermənistanın bütün cəhdlərini neytrallaşdırdı və növbəti diplomatik qələbəsini qazandı”.

“2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatları, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyini təsdiq edən Soçi bəyanatı nəticə olaraq ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından tamamilə Azərbaycanın maraqlarına uyğun oldu”. Soçidə imzalanan sənəddə Praqa bəyanatında əksini tapan “bütün problemli məsələləri BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması bir daha Ermənistanın görüşdən əli boş qayıtmasına, xüsusilə İrəvanın prosesləri Bakının əleyhinə çevirmək gedişlərinin işə yaramamasına işarə oldu: “Lakin bütün bunların əvəzində Azərbaycanın münasibətlərin normallaşması ilə əlaqədar əsas gündəliyi aktuallığını qorudu. Xüsusilə də, bəyanat Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda Qarabağa və “status”a dair heç bir ifadənin işlədilməməsi, eləcə də görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısının alınması prizmasından da çox əhəmiyyətli oldu. Beləliklə də, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi ilə bağlı 5 bəndlik prinsipin fundamentallığı qorundu. Həmçinin, əvvəlki üç bəyanatın yenidən təsdiq olunması bir daha sübut edildi ki, erməni qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılması, Zəngəzur dəhlizi məsələsi masa üzərindədir və arxa plana keçməyib. Nəhayət, Soçi bəyanatı bir daha göstərdi ki, ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması məsələsində Avropada qəbul edilən mövqe Rusiyada da təsdiq edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi