xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Sabunçu rayonunda “Bizim Böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildi

17-03-2022, 19:02 420 dəfə baxılıb

Sabunçu rayonunda “Bizim Böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildi


17.03.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 28 nömrəli tam orta məktəbdə “Bizim Böyük Qələbəmiz” kitabının təqdimatı ilə əlaqədar ədəbi –bədii tədbir keçirildi.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev, rayonda yerləşən ümumtəhsil müəssisələrinin direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak edirdilər.
Tədbir rayon məktəbliləri tərəfindən hazırlanan rəsm və əl işlərindən ibarət sərgiyə baxışla başlandı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənirə Əmircanova “Bizim Böyük Qələbəmiz” kitabı haqqında ətraflı məlumat verdi, bu kitabın yetişməkdə olan gənc nəsildə Vətənə məhəbbət və vətənpərvərlik hislərinin aşılanması istiqamətində böyük rol oynayacağını bildirdi.
Təqdimat mərasimi şagirdlərin ifasında vətənpərvərlik mövzusunda səhnəciklər, şeirlər və nəğmələrlə davam etdi.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində əldə olunan böyük qələbəyə, Müzəffər Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin 44 günlük zəfər savaşında göstərdiyi qətiyyətli, əzmkar və cəsarətli fəaliyyətinə həsr edilən “Bizim Böyük Qələbəmiz” kitabının gələcəyimiz olan uşaqların tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağının artırılmasına, onların Vətənə layiqli şəxsiyyət kimi yetişməsinə böyük töhfə verəcəyini vurğuladılar.
Sonda xatirə şəkli çəkildi.


Sabunçu rayonunda “Bizim Böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildiSabunçu rayonunda “Bizim Böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildiSabunçu rayonunda “Bizim Böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildiSabunçu rayonunda “Bizim Böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi