xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Tofiq Əhmədov: Bölgədə abadlıq-quruculuq işlərinin aparılması üçün bu yolun strateji əhəmiyyəti çox böyükdür

28-10-2022, 11:17 32 dəfə baxılıb

Tofiq Əhmədov: Bölgədə abadlıq-quruculuq işlərinin aparılması üçün bu yolun strateji əhəmiyyəti çox böyükdür


Zaqatala Rayon İcra Hakimiyyətinin Başçının birinci müavini Tofiq Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Tofiq Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zaqatala Rayon İcra Hakimiyyətinin Başçının birinci müavini Tofiq Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Zaqatala Rayon İcra Hakimiyyətinin Başçının birinci müavini Tofiq Əhmədov - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 20-də birgə tariximizin növbəti şanlı səhifəsini yazdılar. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda növbəti dəfə tarixi günlər yaşandı. Azərbaycan xalqı iki mühüm hadisəni birlikdə qeyd etdi. Həmin tarixli gün Zəngilan rayonunun işğaldan azad olunması ilə bərabər qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışı bir sıra mühüm məqamlarla yadda qaldı. İki qardaş ölkənin liderləri Zəngilandan və Cəbrayıldan dünyaya mühüm mesajlar verdi.

Tarixi bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi önəm kəsb edir. Çünki bu səfər Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirməklə yanaşı, eyni zamanda regionun gələcək inkişafında böyük əhəmiyyət kəsb edir. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsidir və 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək bir daha bunu təsdiqləyir.

Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli bütün sahələrdə davamlı uğurlara imza atmasını şərtləndirir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, ölkəmiz yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin, normal biznes mühitinin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü dedi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.

Bu gün ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında ölkəmizin iqtisadi müstəqilliyi əhəmiyyətli rol oynayır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları birləşdirir, onlar arasında dostluq, qardaşlıq körpüsü rolunu oynayır.

Dövlət başçısı İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında iqtisadi sahədə əlaqələr xüsusi önə çəkilərək perspektivlərdən bəhs olundu. Azərbaycan və Gürcüstanın siyasi iradəsi əsasında reallaşan regional əməkdaşlığa böyük töhfə olan BTC və BTƏ neft-qaz layihələrindən, BTQ dəmir yolu layihəsindən geniş bəhs olunaraq bu əminlik ifadə edildi ki, həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.

“O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir: “Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq.”

Diqqəti bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memoranduma yönəldən cənab İlham Əliyev vurğuladı ki, sənəddə növbəti 5 ildə Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artıracağı qeyd olunur. Buna imkanlarımız da çatır. 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq.

Hədəflər sırasında gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracın artırılması da yer alıb. Bütün bunlar Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatıdır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir. Bu enerjini istehsal və ixrac etmək növbəti illərdə qarşımızda dayanan vəzifədir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Artıq göründüyü kimi, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var. Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar bu imkanları daha da artırır. Bunun üçün sülh müqaviləsinin imzalanması, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması əsasdır ki, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında ümid etdi ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq.

Görüşlərdə, həmçinin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi aparıldı. Dövlət başçısı bildirdi ki, əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi