xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Pərvin Əhmədov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

16-08-2022, 09:30 168 dəfə baxılıb

Pərvin Əhmədov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!


Zaqatala Ərazi Vergilər İdarəsinin rəisi Pərvin Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Pərvin Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zaqatala Ərazi Vergilər İdarəsinin rəisi Pərvin Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Zaqatala Ərazi Vergilər İdarəsinin rəisi Pərvin Əhmədov - Cənubi Qafqaz regionu artıq sülhün və əməkdaşlığın mərkəzinə çevrilməkdədir. Azərbaycan yerləşdiyi regionun inkişafında yeri gəldikdə siyasi, iqtisadi, ictimai, yeri gəldikdə isə hərbi təsir gücünə malik olduğunu dəfələrlə sübut edib. Əgər rəsmi İrəvan doğru mövqe seçsəydi, analoji inkişaf meyilləri Ermənistanla da həyata keçirilə bilər və regionumuz çox böyük tərəqqi yolu keçmiş olardı. İndi Qarabağ müharibəsinin bitməsi və Ermənistanla normal münasibətlərin yaradılmaq imkanlarının formalaşması möhkəm sülhə ümidləri artırır. Təəssüf ki, bəzi hallarda ermənilərin tarixi xüsusiyyətlərini təkrar etməsi faktları ilə də qarşı-qarşıya qalırıq. Ən yumşaq ifadə ilə hoqqabazlıqları bitməsə, bu cəmiyyət daha böyük itkilər verməyə davam edəcəkdir.

Prezident İlham Əliyevin dövlət televiziyasına verdiyi müsahibə bir daha Azərbaycan xalqının, dövlətinin və ordusunun qətiyyətinin ifadəsi oldu.

Avqust ayının əvvəlində Laçın istiqamətində on səkkiz yaşlı əsgərimizin şəhid edilməsi və buna verilən ən sərt cavab, növbəti dərs dəmir yumruğun yerində olmasını sübut edən amil idi. “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Ermənistan cəmiyyəti və havadarları bizim gücümüzü bilməmiş deyillər. Onlar Vətən müharibəsi dövründə və daha sonra həyata keçirdiyimiz hərbi əməliyyatlar zamanı gücümüzü gördülər. Sadəcə bu qısamüddətli əməliyyatlar erməni “unutqanlığını” aradan qaldırmağa xidmət edir.

Cənab Prezidentin də dediyi kimi, Azərbaycanın qarşısında ciddi hədəfləri və bu hədəfləri həyata keçirmək üçün gündəliyi mövcuddur. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatır və ciddi uğurlar əldə edir. Bizi heç bir siyasi, iqtisadi, hərbi qüvvə saxlaya bilməz və bilmir. Ölkəmiz öz ərazisində istədiyi qanuni addımı ata bilər. Əlbəttə, üçtərəfli Bəyanat həyata keçirilməlidir. Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinə və erməni terrorçu ünsürlərə məxsus silahlı dəstələr qalmamalıdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasını almadı, eyni zamanda da çoxlu sayda erməni yaraqlılarının ərazidən çıxarılmasına səbəb oldu. 100 min nəfərdən çox orduya malik Azərbaycanı heç bir qüvvənin, bəyanatın, açıqlamanın durdura bilmədiyini bütün dünya gördü.

2021-ci ilin iyul ayının 7-də isə Qarabağ İqtisadi rayonu yaradılmaqla ən yüksək səviyyədə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qarabağın statusu müəyyən edilib. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, tolerant bir dövlətdir. Azərbaycanın digər vətəndaşları kimi ermənilər də ölkə ərazisində yaşaya bilərlər. Prezidentin bu mövqeyi əslində Ermənistan cəmiyyətinə çox əhəmiyyətli bir ismarıcıdır. İndi Qarabağda yaşayan ermənilər Azərbaycana daha çox inanmağa başlayıblar.

Azərbaycana inşa edilmiş yeni yola görə minnətdarlığını bildirən Qarabağ ermənilərinin nəinki qorunmağa, heç bir vasitəçiyə ehtiyacları yoxdur. Həm Laçın şəhərinin boşaldılması, həm yeni yolun son dörd kilometr məsafəsinin çəkilişi üçün Qarabağ erməniləri özlərinin dövlətlərinə, yəni Azərbaycana birbaşa müraciət edə bilirlər. Bu hadisə çox vacibdir. Bütün nicatları Azərbaycana olan bu insanlar anlamalıdırlar ki, gələcək inkişafları məhz Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Bir sözlə, “dəmir yumruq” yerində və güclü olduğu müddətdə biz hədəflərimizə addım-addım yaxınlaşacağıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi