Şamil Heydərov: “Çin Karqo” məmnuniyyətlə bütün sahibkarlara kömək etməyə hazırdır!
20-10-2022, 12:55
75 dəfə baxılıb

“Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərov - Məlum olduğu kimi bu gün Azərbaycan iqtisadiyyatının inkişafı baxımından xarici ticarət əlaqələrinin böyük əhəmiyyəti vardır. O cümlədən idxal-ixrac əməliyyatlarının həcminin artması istehlak bazarında sağlam rəqabətin güclənməsinə və deməli qiymətlərin də aşağı düşməsinə zəmin yaradır. Bu isə öz növbəsində əhalinin maraqlarına tam uyğundur. “Çin Karqo” daim müştərilərini yüksək keyfiyyət və xidmətlə təmin etməyə çalışan yükdaşıma şirkətidir. Xaricdən verilən sifarişləri ən qısa müddətdə Azərbaycana çatdırmaq, sahibkara yükü təhvil vermək “Çin Karqo”nun öhdəliklərinə daxildir. İş mexanizmi xarici ölkədən verilən sifarişləri ölkəmizin hüdudlarından kənarda olan anbar və ofislərinə qəbul etmək, Azərbaycana gətirmək və Azərbaycandakı anbar və ofislərində qəbul edərək sahibkara çatdırmaqdan ibarətdir.
“Çin Karqo” şirkəti öz işini həyata keçirən zaman qarşısına yüksək operativliyə və etibara nail olmaq məqsədini qoymuşdur.
“Çin Karqo” şirkətində iş təcrübəsi olan keçmiş peşəkarlar cəmlənmişdir. Yükün daşınma müddəti ərzində təcrübəli personal daim yükün hərəkətinə nəzarət edir və hər an müştəriyə yükün statusu və onun yerləşdiyi yer haqqında məlumat verir. Yüklərin çatdırılması üzrə xidmətlərin çevik sistemi bizə hər bir müştəri üçün ən optimal qərarların verilməsinə nail olmağa imkan yaradır. Şirkət həm böyük, həm də kiçik həcmli yüklərin daşınmasını həyata keçirir. Yüklərin daşınması üçün nəzərdə tutulan müasir standartlara uyğun təchiz olunmuş anbarlar istənilən istiqamətlərdə yüklərin mərkəzləşdirilmiş yığım və göndərilməsini həyata keçirməyə imkan yaradır. “Çin Karqo” şirkəti əldə etdiyi müvəffəqiyyətlərlə kifayətlənmir və zamanla ayaqlaşaraq nəqliyyat biznesinin inkişafında bütün dəyişikliklərə diqqətlə yanaşır, özü üçün yeni daşıma marşrutları işləyib hazırlayır, beynəlxalq yük daşımaları sferasında inkişaf tempinə uyğun iş təşkilinin yeni üsullarını mənimsəməyə çalışır.
“Çin Karqo” məmnuniyyətlə bütün sahibkarlara kömək etməyə hazırdır!
***
Azərbaycan qüdrətini bütün dünyaya nümayiş etdi
Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Azərbaycan Prezidenti, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə dördtərəfli görüşü keçirilib.
Prezident İlham Əliyev bir daha 28 il ərzində Minsk qrupunun fəaliyyətsizliyini, habelə Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması üçün BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq məsələni həll etməsini, postmüharibə dövründə Ermənistanın dəfələrlə Azərbaycan ərazisinə diversiya qrupları göndərdiyini, terror aktı törətmək cəhdlərini xüsusi vurğulamaqla mövcud platformadan mükəmməl istifadə etdi.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda minaların basdırıldığını, İkinci Qarabağ müharibəsi bitdikdən sonra bu günədək 250-dək vətəndaşımızın zərər çəkdiyini xüsusi qeyd etdi, təkcə işğaldan azad olunmuş Laçın rayonunun sərhəd ərazilərində 1400-ə yaxın minanın aşkarlandığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev bir daha vurğuladı ki, artıq ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.
Məsələ ilə bağlı geniş və ətraflı fikir mübadiləsi aparan ölkə Prezidenti İlham Əliyev bildirib: “Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”
Bəli, bu bir həqiqətdir ki, 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupu tam fəaliyyətsizlik nümayiş etdirdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan 44 günlük Şanlı Vətən Müharibəsində öz qüdrətini bütün dünyaya nümayiş etdirdi və döyüş meydanında tarixi ədaləti bərpa etmiş oldu.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR