xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Çin Rusiyaya qarşı: "Xəbərimiz olmayıb, bilsəydik..."

17-03-2022, 10:41 66 dəfə baxılıb

Çin Rusiyaya qarşı: "Xəbərimiz olmayıb, bilsəydik..."


Çin Rusiyanın Ukraynaya hücum planlarından xəbəri yox idi , bilsəydik, qarşısını almaq üçün hər şeyi edərdik.

Bunu Çinin ABŞ-dakı səfiri Qin Qanq "Washington Post" qəzetinə yazdığı məqalədə qeyd edib.

Diplomatın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibə Çinə sərf etmir.

"Çin Moskvanın planlarını bilsəydi, Rusiyanın Ukraynaya hücumunun qarşısını almağa çalışardı. Bu müharibə ÇXR-ə sərf etmir", - o qeyd edib.

O daha sonra qeyd edib: "Çinin bu müharibəni bildiyi, razılaşdığı və ya üstüörtülü şəkildə dəstəklədiyi iddiaları sırf dezinformasiyadır. Bütün bu iddialar yalnız günahı Çinin üzərinə atmaq və çamur atmaq məqsədi daşıyır".

O qeyd edib ki, Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, dünyanın ən böyük xam neft və təbii qaz idxalçısıdır. Səfir həmçinin əlavə edib ki, işğal zamanı Ukraynada 6000-dən çox Çin vətəndaşı olub.

Qin Qanq daha sonra yazır: "Rusiya və Ukrayna arasında münaqişə Çin üçün yaxşı deyil. Əgər Çin gözlənilən böhrandan xəbərdar olsaydı, biz bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edərdik".

Çin diplomatı həmçinin qeyd edib ki, bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.

O qeyd edib ki, Çin Ukraynada sülhün tərəfdarıdır və əlimizdən gələn hər şeyi etməyə hazırıq: "Bizim əsas məqsədimiz müharibəni bitirmək və regional və qlobal sabitliyi qorumaqdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi