Xudayar Rəhimov: YOLUNUZ AÇIQ OLSUN..
16-08-2022, 09:00
108 dəfə baxılıb

Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.
Ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.
Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində:
- Uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissədə növbəti mərhələ üzrə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 4.5 km-lik hissəsində asfaltlanma işləri yerinə yetirilib.
- 2.5 km-lik Təklə-Abazallı hissəsində torpaq işləri yekunlaşıb, hazırda yol əsasının alt layının tikintisi aparılır.
- 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 km-lik hissəsində isə torpaq işləri və suötürücü boruların inşası yerinə yetirilib.
Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri yekunlaşıb.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov - Cənubi Qafqaz regionu artıq sülhün və əməkdaşlığın mərkəzinə çevrilməkdədir. Azərbaycan yerləşdiyi regionun inkişafında yeri gəldikdə siyasi, iqtisadi, ictimai, yeri gəldikdə isə hərbi təsir gücünə malik olduğunu dəfələrlə sübut edib. Əgər rəsmi İrəvan doğru mövqe seçsəydi, analoji inkişaf meyilləri Ermənistanla da həyata keçirilə bilər və regionumuz çox böyük tərəqqi yolu keçmiş olardı. İndi Qarabağ müharibəsinin bitməsi və Ermənistanla normal münasibətlərin yaradılmaq imkanlarının formalaşması möhkəm sülhə ümidləri artırır. Təəssüf ki, bəzi hallarda ermənilərin tarixi xüsusiyyətlərini təkrar etməsi faktları ilə də qarşı-qarşıya qalırıq. Ən yumşaq ifadə ilə hoqqabazlıqları bitməsə, bu cəmiyyət daha böyük itkilər verməyə davam edəcəkdir.
Prezident İlham Əliyevin dövlət televiziyasına verdiyi müsahibə bir daha Azərbaycan xalqının, dövlətinin və ordusunun qətiyyətinin ifadəsi oldu.
Avqust ayının əvvəlində Laçın istiqamətində on səkkiz yaşlı əsgərimizin şəhid edilməsi və buna verilən ən sərt cavab, növbəti dərs dəmir yumruğun yerində olmasını sübut edən amil idi. “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Ermənistan cəmiyyəti və havadarları bizim gücümüzü bilməmiş deyillər. Onlar Vətən müharibəsi dövründə və daha sonra həyata keçirdiyimiz hərbi əməliyyatlar zamanı gücümüzü gördülər. Sadəcə bu qısamüddətli əməliyyatlar erməni “unutqanlığını” aradan qaldırmağa xidmət edir.
Cənab Prezidentin də dediyi kimi, Azərbaycanın qarşısında ciddi hədəfləri və bu hədəfləri həyata keçirmək üçün gündəliyi mövcuddur. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatır və ciddi uğurlar əldə edir. Bizi heç bir siyasi, iqtisadi, hərbi qüvvə saxlaya bilməz və bilmir. Ölkəmiz öz ərazisində istədiyi qanuni addımı ata bilər. Əlbəttə, üçtərəfli Bəyanat həyata keçirilməlidir. Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinə və erməni terrorçu ünsürlərə məxsus silahlı dəstələr qalmamalıdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasını almadı, eyni zamanda da çoxlu sayda erməni yaraqlılarının ərazidən çıxarılmasına səbəb oldu. 100 min nəfərdən çox orduya malik Azərbaycanı heç bir qüvvənin, bəyanatın, açıqlamanın durdura bilmədiyini bütün dünya gördü.
2021-ci ilin iyul ayının 7-də isə Qarabağ İqtisadi rayonu yaradılmaqla ən yüksək səviyyədə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qarabağın statusu müəyyən edilib. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, tolerant bir dövlətdir. Azərbaycanın digər vətəndaşları kimi ermənilər də ölkə ərazisində yaşaya bilərlər. Prezidentin bu mövqeyi əslində Ermənistan cəmiyyətinə çox əhəmiyyətli bir ismarıcıdır. İndi Qarabağda yaşayan ermənilər Azərbaycana daha çox inanmağa başlayıblar.
Azərbaycana inşa edilmiş yeni yola görə minnətdarlığını bildirən Qarabağ ermənilərinin nəinki qorunmağa, heç bir vasitəçiyə ehtiyacları yoxdur. Həm Laçın şəhərinin boşaldılması, həm yeni yolun son dörd kilometr məsafəsinin çəkilişi üçün Qarabağ erməniləri özlərinin dövlətlərinə, yəni Azərbaycana birbaşa müraciət edə bilirlər. Bu hadisə çox vacibdir. Bütün nicatları Azərbaycana olan bu insanlar anlamalıdırlar ki, gələcək inkişafları məhz Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.
Bir sözlə, “dəmir yumruq” yerində və güclü olduğu müddətdə biz hədəflərimizə addım-addım yaxınlaşacağıq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR