13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
Rəşad Kərimovun kollektivi İsmayıllıda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib
18-12-2019, 11:15
201 dəfə baxılıb
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
İsmayıllı rayonunda da bu layihələr çərçivəsində cari ildə marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində addımlar atılır. Avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Layihə çərçivəsində yollar yararsız və deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək yayılıb və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Bundan başqa yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranmışdı.
İsmayıllı rayon 9 saylı “Yol-istismar” MMC-nin direktoru Rəşad Kərimovun uğurlu xidmətləri sayəsində Masallı rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
İsmayıllı rayon 9 saylı “Yol-istismar” MMC-nin direktoru Rəşad Kərimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Rəşad Kərimov təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Rəşad Kərimov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Yol İstismar İdarəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Rəşad Kərimovun rəhbərliyi ilə İsmayıllı rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Rəşad müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Rəşad müəllimin güclü idarəetmə bacarığı sayəsində qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Rəşad müəllimin kollektivi İsmayıllıda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. İsmayıllı sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
Rəşad müəllimin uğurları göz qabağındadır. Rayonda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: