xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Sevindik Hətəmov: Dünya üçün nümunə

20-07-2022, 11:38 56 dəfə baxılıb

Sevindik Hətəmov: Dünya üçün nümunə


Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - İşğaldan azad edilən ərazilərimiz zəngin iqtisadi və aqrar potensiala malikdir. Burada sənaye, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hələ sovetlər dönəmində aparılan geoloji kəşfiyyat işləri nəticəsində bölgədə zəngin yeraltı yataqların olduğu da müəyyən edilmişdir.

Azərbaycanda ən çox su ehtiyatları da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındadır. Suyun bol olması isə kənd təsərrüfatının inkişafı üçün geniş imkan yaradır. Burada 100 min hektara yaxın ərazidə buğda əkilməsi mümkündür. Yeri gəlmişkən qeyd edək ki, indiki halda əlavə taxıl sahələri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Səbəbi məlumdur. Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir".

Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurda indi bütün diqqət həm də ərazilərin minalardan təmizlənməsi və infrastrukturun bərpasına yönəldilib. Paralel olaraq burada nəhəng infrastruktur layihələri icra olunur. Sonrakı mərhələdə isə diqqət bölgənin iqtisadi inkişafına veriləcək. Ağdam və Cəbrayıl rayonlarında sənaye parklarının, Zəngilanda "Dost Aqropark"ın tikintisinin aparılması bu istiqamətdə görülən işlərin yalnız başlanğıcıdır.

Prezident İlham Əliyev müşavirədə onu da bildirdi ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq: “Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək.

Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola”.

Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət öz növbəsində müstəsna önəm daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar və görülən işlər bütün dünya üçün nümunədir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kərimbəyli kəndində əhali ilə səyyar qəbul keçirmişdir

Sevindik Hətəmov: Dünya üçün nümunə


Bu gün Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Kərimbəyli kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Qəbulda çıxış edən Rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat vermişdir. İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırmışdır.

Qəbulda vətəndaşlar tərəfindən kəndə internet xəttlərinin çəkilməsi, suvarma kanallarının təmizlənməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib. Rayon İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Aşağı Kürkəndi kəndində əhali ilə səyyar qəbul keçirmişdir

Sevindik Hətəmov: Dünya üçün nümunə


Qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışmışdır. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Salyan rayonunda da daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.

Rayon İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər

Salyan rayon İcra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilmişdir

Sevindik Hətəmov: Dünya üçün nümunə


Sevindik Hətəmov: Dünya üçün nümunəSevindik Hətəmov: Dünya üçün nümunəSevindik Hətəmov: Dünya üçün nümunəSevindik Hətəmov: Dünya üçün nümunəSevindik Hətəmov: Dünya üçün nümunəSevindik Hətəmov: Dünya üçün nümunəSevindik Hətəmov: Dünya üçün nümunə
Sevindik Hətəmov: Dünya üçün nümunə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi