xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Qubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLAR

19-01-2022, 12:16 87 dəfə baxılıb

Qubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLAR


Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah bina­sı istifadəyə verilib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindənməlumat verilib.

Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə etmişdir. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik etmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublika­sının Prezidenti Silahlı Qüv­və­lərin Müzəffər Ali Baş Komandanı cənab İlham Əli­yevin tapşırığına uyğun olaraqazad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbir­lərin həyata keçiril­diyini qeyd etmiş, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayon­larının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başla­masını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ötən il ərzində işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələ­lərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğu­lan­mışdır.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğur­la icra edərək qəhrəmanlıq sal­namələri yazmış sərhədçilərin bu gün də düşmən tapda­ğından azad olunmuş müqəd­dəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunmuşdur.

Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilmişdir. Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq iş­ləri aparılmış, asfalt örtüyü salınmış, ağaclar əkilmişdir.

İnzibati binanın qarşısında ucaldılmış Dövlət Sərhəd Xidmətinin Vətən Müha­ribəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə qarşısına güllər düzülmüşdür.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstə­rmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının Azərbay­can Res­pub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayon­larının azad olunmasında fərqləndiklərinə görə təltif edil­miş medalları təqdim olunmuşdur.

Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilmiş, onlarla xati­rə fotoşəkilləri çəkilmiş və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” mu­si­qisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salın­­mışlar.

Qubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLARQubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLARQubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLARQubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLARQubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLARQubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLARQubadlıda yeni qərargah bina­sı istifadəyə verildi - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi