xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Laçın rayonunun güllə atılmadan, qan tökülmədən geri qaytarılması tarixi hadisədir

27-11-2021, 12:06 209 dəfə baxılıb

Laçın rayonunun güllə atılmadan, qan tökülmədən  geri qaytarılması tarixi hadisədir


Laçın xalqımızın qədim yaşayış məskənlərindəndir. Bu yurdun sakinləri ana Həkərinin laylasıyla böyümüş, yalçın qayaların dəyanətindən dərs almışlar. Bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamaclarına, meşə və ormanlarına, digər tərəfi Zəngəzur dağlarına söykənən bənzərsiz Laçının tayı-bərabəri yoxdur.

Laçın həmişə müxtəlif sahələrdə qazandığı uğurlarla ölkəmizə töhfələr verib, iqtisadi qüdrəti ilbəil yüksəlib, insanların həyat tərzinin yüksəldilməsinə maksimum səy göstərilib. Bu yurdun dağ vüqarlı, mərd insanları olub.

Laçının bir şəhər kimi yüksəliş dövrü ulu öndər Heydər Əliyevin respublika rəhbərliyində olduğu illərə təsadüf edir. Məhz 1970-80-ci illərdə Laçının sosial-iqtisadi inkişafı sürətlə davam etmiş, şəhərə və yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, işıq çəkilmiş, Şuşa-Laçın yolu əsaslı təmir edilmiş, çoxsaylı sosial obyektlər inşa olunmuşdur.

1988-ci ildə Azərbaycanın sərhəd rayonlarında vəziyyət kəskin şəkildə gərginləşdi, “Dənizdən-dənizə”, “Böyük Ermənistan” iddiası ilə yaşayan faşist xislətli erməni daşnakları uydurma Qarabağ məsələsini ortaya ataraq xalqımıza qarşı xəyanət toru hazırladı. Ermənilər öz havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin bir hissəsini, o cümlədən Laçın rayonunu işğal etdi. Laçın öz tarixinə ən faciəvi hadisəni qara hərflərlə həkk etməli oldu.

Ata-baba yurdlarından zorla çıxarılan laçınlılar Azərbaycanın müxtəlif guşələrində məskunlaşdılar. İllər ötüb keçdi, məcburi köçkün həyatını yaşayan laçınlıların qəlblərində, duyğularında, gözlərində bir an olsun belə Laçın dərdi, Laçın həsrəti soyumadı. 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra laçınlıların qəlbində ümid çırağı parladı, belə qənaətə gəldilər ki, heç vaxt Laçın tək incini itirməyəcək, günlərin bir günündə Laçın tək bir cənnət guşə işğaldan azad olunacaq, o yerlərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

Laçın heç vaxt düşmən tapdağında qala bilməzdi. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız, o cümlədən dilbər guşəmiz olan Laçın rayonu 44 gün ərzində işğaldan azad olundu.

Bir güllə belə atılmadan azad edilən Laçınla bağlı xəbəri xalqa çatdıran Müzəffər Ali Baş Komandan demişdi: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Qürur hissi ilə vurğulamaq lazımdır ki, işğaldan azad olunmuş digər rayonlar kimi, Laçında da bu gün bərpa, yenidənqurma işləri aparılır. Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq, quruculuqla, abadlıqla bağlı bütün layihələr reallaşacaq, bərpa işləri genişlənəcək, Laçın çox tezliklə Azərbaycanın cənnət guşələrindən birinə çevriləcəkdir.

Təranə Səmədova,

Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin direktoru.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi