xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, Laçının Köhnəkənd kəndlərində nə baş verir?

15-12-2020, 15:00 164 dəfə baxılıb

Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, Laçının Köhnəkənd kəndlərində nə baş verir?


"Ölkə.Az" virtualaz.org-a istinadla xəbər verir ki, Laçın dəhlizindən, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdən sızdığı təxmin edilən erməni terrorçu dəstələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hərbçilərə və mülki şəxslərə qarşı hücumlar həyata keçirmişdi. Erməni yaraqlıları Çaylaqqala və Köhnə Tağlar kəndlərinə Laçın dəhlizindən, Şuşanın Turşsu kəndi yaxınlığından çətin keçilən dağ yolu ilə hərəkət etmişdilər.

Laçın və Şuşa arasında, yüksək dağlıq ərazilərdə bir-birindən xeyli aralı yerləşən daha üç kənddə erməni yaraqlıların qaldığı bildirilir. Bunlar Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, Laçının Köhnəkənd (əvvəlki adı Kirs olub) kəndləridir. Bu kəndlərə aparan yeganə dağ yolları Laçın-Şuşa şossesindən, yəni hazırda Rusiya sülhməramlılarının nəzarətində olan dəhlizdən başlayır. Dəhlizin eni 10 noyabr üçtərəfli razılaşmasına əsasən, 5 kilometr müəyyənləşdirilib və deməli, yoldan 2.5 kilometr şimaldan, 2.5 kilometr cənubdan başlayan qalan ərazilər Azərbaycan ordusunun nəzarətindədir.

Erməni mənbələrinin bildirdiyinə görə, Azərbaycan ordusu dekabrın 13-də dəhlizdən cənubda həmin kəndlərə aparan yolları nəzarət altına alıb. Erməni tərəfi məsələ ilə bağlı Rusiya sülhməramlı qüvvələrinə müraciət edib və dünənə olan vəziyyətə görə, danışıqlar aparılırdı.

Böyük Qaladərəsi kəndində mülki şəxslərdən heç kim yoxdur, onlar hələ hərbi əməliyyatlar davam edəndə kəndi tərk ediblər. Köhnəkənddə yaşayan 60 ermənidən isə hazırda 15-i oradadır. Onlar bir neçə gün əvvəl kəndə qayıdıblar. Lakin Azərbaycan ordusunun kəndə gedən yolları nəzarətə götürməsindən sonra Rusiya sülhməramlıları onları kənddən çıxarıblar. Bununla belə kəndlərdə erməni silahlı birləşmələrinin qalıqlarının olduğu bildirilir. Azərbaycan ordusunun hissələrinin bilavasitə həmin kəndlərə daxil olduğu haqda məlumat yoxdur.

Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında baş verən hadisələrin də göstərdiyi kimi darmadağın edilmiş erməni ordusunun qalıqları azsaylı qruplar şəklində azad olunmuş ərazilərin dərinliklərinə sızmaq, orada döyüş mövqeləri qurmaq və daha sonra Rusiya sülhməramlılarını köməyə çağıraraq möhkəmlənmək, yəni hansısa anklavlar yaratmaq cəhdləri edirlər. Azərbaycan isə buna imkan verə bilməz və erməni silahlı qruplarının işğaldan azad edilmiş ərazilərə sızmasının qarşısını almaq üçün Laçın dəhlizindən başlayan dağ yollarına nəzarəti təmin etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi