xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Türkiyə-Uels görüşündə azarkeşlərin daşınma qaydaları açıqlandı

16-06-2021, 11:23 59 dəfə baxılıb

Türkiyə-Uels görüşündə azarkeşlərin daşınma qaydaları açıqlandı


AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar hazırlanan nəqliyyat planına əsasən Türkiyə-Uels görüşünə bilet alan azarkeşlərin daşınması da ekspres marşrutlar vasitəsilə yerinə yetiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib.

Plana uyğun olaraq X-1 marşrut xətti “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metrostansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək.

İyunun 16-da oyun saat 20:00-da başladığı üçün həmin gün daşımalara saat 17:00-da başlanılacaq. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək.

Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq.

Daşımalar ödənişsiz həyata keçiriləcək.

Oyun bitdikdən sonra isə stadionun ictimai nəqliyyat terminalından təyin olunan məntəqələr üzrə daşımalar icra olunacaq. Azarkeşlər stadionu tərk edərkən şərq və şimal qapıları istiqamətində hərəkət edərək ictimai nəqliyyat terminalına gedə bilərlər. Burada onların daşınması üçün kifayət qədər nəqliyyat vasitəsi hazır vəziyyətdə saxlanılacaq.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Uels komandasının xaricdən gələn biletli azarkeşləri P21 xətti üzrə avtobuslarla Xəlil Rza Ulutürk küçəsi- “Dəniz Mall”un qarşısı və əks istiqamətdə daşınacaq.

Qardaş Türkiyə komandasının ölkəmizə gələn azarkeşləri isə P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətdə daşınacaq.

P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi