xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTO

21-05-2021, 16:02 76 dəfə baxılıb

Bakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTO


Qarşıdan gələn yay çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə movsümə hazırlıq işləri başa çatıb.
"Trend xəbər verir ki, 2 ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.

Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb.

Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır.

COVİD-19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maafirləndirici lövhələr, poster və elanlar yenilənir.

Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaqdır.

Qeyd edilməlidir ki, paytaxtda çimərlik mövsümünün başlanmasının vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçiriləcək.

Bakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTOBakının pulsuz çimərlikləri yay mövsümünə hazırdır - SİYAHI - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi