xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTO

16-06-2020, 22:20 92 dəfə baxılıb

Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTO


İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib.
IDEA xəbər verir ki, təxminən 5 ha sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edilib.

Ötən il yaradılmış sözügedən ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.

Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispanserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Yenilənmiş ictimai çimərliyin açılışı zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfər IDEA könüllüsünün iştirakı ilə kiçik təmizlik aksiyası keçirilib və ərazi tullantılardan təmizlənib.

Qeyd olunmalıdır ki, İDEA İctimai Birliyi tərəfindən yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə tamamilə ödənişsizdir. Sözügedən çimərliklərin yaradılmasının məqsədi baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi şəraitin yaradılması, ictimai sağlamlıq və gigiyenanın yaxşılaşdırılması, eləcə də ekoloji və sosial məsuliyyətin təşviq edilməsindən ibarətdir.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə Azərbaycan və regionun su bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirir, Xəzər sahillərində, Kür və digər çaylarda mütəmadi kütləvi təmizlik aksiyaları təşkil edir.

IDEA İctimai Birliyi hər kəsi karantin rejiminin tələblərinə ciddi riayət etməyə, sanitariya normaları və gigiyena qaydalarına əməl etməyə, təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə və özlərindən sonra tullantı qalmadığına əmin olmağa çağırır.


Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTOBakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTOBakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTOBakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTOBakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTOBakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib — FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi