xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Hesabat: Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozub

6-05-2021, 11:28 32 dəfə baxılıb

Hesabat: Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozub


"Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd olaraq 30 il işğal altında saxlanılması və öz evlərindən qovulan azərbaycanlıların həmin illər ərzində aparılan sülh danışıqlarına baxmayaraq geri qayıtmalarına imkan verilməməsi birbaşa olaraq anti-Azərbaycan siyasətinin nəticəsidir. İşğalçı qüvvələr tərəfindən Azərbaycanın dövlət rəmzlərinin və tarixi abidələrinin, o cümlədən azərbaycanlıların mənəvi dəyərlərinin alçaldılması bunu sübut edir".
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında bildirilib.

"Uzun illər Ermənistanın siyasi hakimiyyətində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətində birbaşa iştirak etmiş şəxslərin olması müəyyən mənada aparılan danışıqların və sülhün bərqərar olmasını şübhə altına alırdı. 2018-ci ildən Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr də öz sələflərinin Azərbaycana qarşı nifrət dolu siyasətini davam etdirib, münaqişənin dərinləşməsinə və müharibənin baş verməsinə zəmin yaradacaq nitqlər söyləyiblər. 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində yaşayan ermənilərlə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan “Artsax Ermənistandır və nöqtə” deyərək, Ermənistanın gerçək niyyətinin əslində işğal siyasətini davam etdirmək olduğunu, məcburi köçkünlərin hüquqlarını heçə saydığını və azərbaycanlılara qarşı nifrət hissini bir daha açıq bir şəkildə ifadə edib.

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycana qarşı yeni torpaq iddialarına son qoymaq məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən əkshücum hərbi əməliyyatları başladılıb. 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü təmin edib. Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq döyüş zonasından çox uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və əhalisi sıx olan digər şəhərlərini qadağan olunmuş raketlərlə atəşə tutub. Gəncənin və Bərdənin ümumilikdə 6 dəfə raket hücumuna məruz qalması nəticəsində 60 nəfər həyatını itirib, 200-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb", - hesabatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi