xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib - FOTO

21-10-2020, 13:04 68 dəfə baxılıb

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib - FOTO


Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Belə ki, dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər. Onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, milli zəmində azərbaycanlılara qarşı nifrət çağırışları edən ermənilərin cəzalandırılması üçün hadisə yerinə polis əməkdaşları gəliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, eyni zamanda Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə edilən 2 raket hücumu nəticəsində 24 mülki vətəndaşın, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla insanın yaralanmasını hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi