xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb -Fotolar

15-07-2026, 13:32 2 dəfə baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkil etdiyi “Sağlam həmkar” minifutbol turnirinə final oyunu ilə yekun vurulub.

aia.az xəbər verir ki, final qarşılaşmasından əvvəl iştirakçılar və azarkeşlər üçün maraqlı idman proqramı təqdim olunub. Meydançaya karate üzrə Avropa çempionu Mədinə Sadıqova, yunan-Roma güləşi üzrə dünya çempionu Əli Nəzərov və Avropa çempionu Emin Cavadlı dəvət olunub. İdman musiqisinin sədaları altında AHİİTA-nın idmançıları nümunəvi çıxışlar ediblər.

Sonra turnirin final görüşünə start verilib. Final oyununda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası ilə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən və tamaşaçıların böyük marağına səbəb olan oyunun yekununda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası 2-1 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Beləliklə, yekun nəticələrə əsasən, birinci yeri Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası, ikinci yeri Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası, üçüncü yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası tutublar.
Qaliblərə kubok, medal və diplomlar təqdim edilib. “Ən yaxşı oyunçu”, “Ən yaxşı qapıçı” və “Ən məhsuldar futbolçu” nominasiyaları üzrə qaliblər isə xüsusi mükafatlar təltif olunublar.

Qeyd edək ki, iyunun 6-da start götürən “Sağlam həmkar” minifutbol turnirində ümumilikdə AHİK-in üzv təşkilatları təmsil edən 17 komanda 4 qrup üzrə mübarizə aparıb. Turnirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, əmək kollektivlərində həmrəyliyin və komanda ruhunun möhkəmləndirilməsi, eləcə də işçilərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi