xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Avropa çempionu Mədinə Sadıqova ilə görüş keçirilib -Foto

Dün, 09:36 3 dəfə baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Avropa çempionu Mədinə Sadıqova ilə görüş keçirilib -Foto

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) karate üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) məşqçi-müəllimi Mədinə Sadıqova ilə görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə idmanın inkişafının, sağlam həyat tərzinin təşviqinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu sosial siyasətə dəstək göstərərək idmanın kütləviliyinin artması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Qeyd edilib ki, 2025-ci ildə AHİİTA-nın idmançıları müxtəlif yarışlarda ümumilikdə 306 medal qazanıblar. Mədinə Sadıqovanın qazandığı qızıl medal Azərbaycan idmanının növbəti böyük uğurlarından biridir və idmançımız böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçidir. AHİİTA-nın karate üzrə məşqçi-müəlliminin bu nailiyyəti həm Azərbaycan idmanının, həm də həmkarlar ittifaqları ailəsinin uğurudur.

Avropa çempionu Mədinə Sadıqova qazandığı qələbənin sevincini bölüşərək özünün idman həyatından danışıb, Azərbaycanda idmançılar üçün dövlət tərəfindən yaradılan geniş imkanların, eləcə də AHİİTA tərəfindən göstərilən dəstəyin onun peşəkar inkişafında mühüm rol oynadığını bildirib.
Mədinə Sadıqova göstərilən diqqət və qayğıya görə təşəkkür edib, gələcək yarışlarda da Azərbaycan Bayrağını yüksəklərdə dalğalandırmaq üçün əzmlə çalışacağını deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi