xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova: “Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”-Foto

26-05-2026, 12:14 5 dəfə baxılıb

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova: “Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”-Foto

Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançı Mədinə Sadıqova Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda karate üzrə milli yığmamızın üzvlərini qarşılayan arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və onun tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nümayəndələri də olub.

Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Oyunlarında qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi. Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm. Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün qürurvericidir”.

Qadınlar arasında karate üzrə 55 kiloqram çəki dərəcəsində ilk dəfə qızıl medal qazanan idmançımız final görüşünün çətin keçdiyini deyib: “Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün əvvəlində hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanmağa nail oldum”.

Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inandığını bildirib: “Mədinə çox intizamlı idmançımızdır. Onun Avropa çempionu olacağına hamımız inanırdıq. O da bu ümidlərimizi doğrultdu. Dünya çempionatında da idmançımızın uğur qazanacağına inanırıq”.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təmsilçisi olan Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində böyüklər arasında Avropa çempionu titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi