xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Taleh Qaraşov şəhid ailələrinə, az təminatlı ailələrə hər zaman xüsusi diqqət və qayğı göstərir

30-07-2024, 02:26 16 dəfə baxılıb

Taleh Qaraşov şəhid ailələrinə, az təminatlı ailələrə hər zaman xüsusi diqqət və qayğı göstərir


Taleh Qaraşov növbəti səyyar görüşünü Xolmili kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib



Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Xolmili kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Taleh Qaraşov yerli sakinlərə ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlərin həllini tapdığını, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlandığını vurğulayıb.

İcra başçısı dövlət başçısının tapşırığına uyğun olaraq yerlərdə səyyar görüşlərin keçirilməsinin önəmindən danışıb və qeyd edib ki, məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və yerlərdə qaldırılan məsələlər barədə aidiyyəti qurumlara müraciətlər ünvanlamaqdır. Taleh Qaraşov sakinlər tərəfindən qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu və heç bir müraciətin diqqətdən kənar qalmadığını bildirib.

Hər zaman dövlətə və dövlətçiliyə bağlı olan Xolmili sakinləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-iqtisadi sahəyə ayırdıqları diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını qeyd ediblər.





Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov - “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda ölkəmizin Prezidenti İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini, iqtisadi yüksəlişini, ölkəmizdəki ictimai-siyasi sabitliyi, regiondakı vəziyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

49 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı mötəbər tətbirdə dövlət başçımız Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlamalar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verirdi, tutarlı mesajlar göndərdi.

Cənubi Qafqaz regionuna tarixi transformasiyanın, geosiyasi dəyişikliklərin baş verdiyini qeyd edən cənab İlham Əliyev bildirib ki, ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, – bu, ötən ilin sentyabrında baş verdi, – ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.

Daim regionda sülh və əməkdaşlığın təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edən ölkəmizin Prezidenti, Ali Baş Komandanı vurğulayıb ki, biz – bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.

Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mözvularının önə çəkildiyi Forumda Qalib ölkəmizin Qalib Prezidenti İlham Əliyev bildirdi ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur, yəni faktların manipulyasiyası həyata keçirilir. Əslində, Azərbaycan uzun illər ərzində bunun qurbanı olub. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi vaxtda erməni diasporunun uydurmaları, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücumları dayanmırdı. Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Belə yalanlar təkcə ölkənin nüfuzunu ləkələmir, onlar həm də dövlətin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Ölkəmiz regionda təhlükəsizlik, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə daim çıxış edib. Təssüf ki, bəzən beynəlxalq mediada Azərbaycan haqqında həqiqətə uyğun olmayan yayılan məlumatlar, yəni faktların manipulyasiyasına rast gəlinir. 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdırdıqdan dərhal sonra da məğlub Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması təklif edilib. Revanşist fikirlərindən hələ də əl çəkməyən Ermənistan hökuməti sülh danışıqlarına ciddi yanaşmır. Özlərini köməyə ehtiyacı olan məzlumlar kimi təqdim edən, sülhə gedən yolda təxribatlar yaradan erməni faşistləri, onların havadarları sülh istiqamətində gedən prosesləri yubadır, hər cür təxribatlara əl atırlar. Döyüş meydanında aldığı sarsıdıcı zərbələr, siyasi masalardakı ard-arda uğursuzluqlar erməni vandallarının, onların havadarlarının rahatlığını əllərindən alıb.

Qürurlu haldır ki, ölkə Prezidenti İlham Əliyevin prinsipial, düşünülmüş, qətiyyətli siyasət nəticəsində həyata keçirilən enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsinə yeni töhfələr verir.

Dövlət başçımız qlobal media nümayəndələrinə çatdırdı ki, Azərbaycanın istəyi, məqsədi, beynəlxalq KİV-in regionda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmasıdır. Uydurma, yalan və faktlara əsaslanmayan məqalələr dərc edilməsin. Bütün bunlar yalan məlumatların ifşası, habelə dezinformasiyaya qarşı mübarizə istiqamətində ən real töhfə ola bilər. Əgər beynəlxalq media baş verən hadisələri, mövcud reallıqları doğru işıqlandırarsa, dünya Azərbaycanın nəyə qadir olduğunu, nələrə nail olduğunu çox aydın şəkildə görə bilər.

Artıq düşmən də, dost da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasının, regionda söz sahibinə çevrilməsinin şahidi olur. Sözsüz ki, bu işdə medianın əvəzsiz rolu var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi