Köçərli Həsənov Azərbaycan dövlətinə sədaqəti ilə seçilir

Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı «Azərsu» ASC sədrinin müavini Köçərli Həsənov digər insanlardan xarakteri ilə fərqlənir...
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən vətənpərvər insan Köçərli Həsənov özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.
«Azərsu» ASC sədrinin müavini Köçərli Həsənov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
«Azərsu» ASC sədrinin müavini Köçərli Həsənov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Köçərli Həsənov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda «Azərsu» ASC sədrinin müavini Köçərli Həsənov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib
Su şəbəkəsinə qoşulma sahəsində aparılmış ən son islahatlar nəticəsində şəbəkəyə qoşulmanın 3 prosedur üzrə ümumilikdə 30 gün müddətində həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu və təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli 305 nömrəli Qərarı ilə “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası” təsdiq edilib.
Yeni qaydalara əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri sifarişçinin ödənişi əsasında su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması üçün də sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir. Lakin bu zaman layihənin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podrat təşkilat və ya su təchizatı müəssisələri tərəfindən həyata keçirilir. Qaydalara əsasən, qoşulma layihələri hazırlanarkən, tikinti obyektinin yerləşdiyi ərazidə ən yaxın məsafədə tələbata, şəhərsalma və tikinti normalarına uyğun su təchizatı mənbəyi mövcud olmalıdır.
Məlumat üçün bildiririk ki, yeni qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli 52 nömrəli Fərmanının icrası məqsədilə hazırlanıb.
Bütövlükdə su şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi “Su şəbəkəsinə qoşulma” işçi qrupu tərəfindən təşəbbüs olunub və işçi qrupu çərçivəsində müzakirələr aparılaraq müvafiq təkliflər təqdim olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlara qarşı mühafizə tədbirləri görür
Ölkə ərazisində 60-dan artıq sel və daşqın təhlükəli çaylar mövcuddur. Sel və daşqınlar əsasən yaz-yay aylarına təsadüf edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin statistik məlumatlarına əsasən son 5 il ərzində ekstrimal hidrometeoroloji hadisələrin (sel, külək, dolu, yağışların və s.) sayında kəskin artım müşahidə olunur. Belə ki, 2019-cu ildə il ərzində 5, 2020-də 35, 2021-də 41, 2022-də 50, 2023-cü ildə isə 147 sel və daşqın olub. Bu il sadəcə aprel-iyun aylarında 59 dəfə sel və daşqınlar müşahidə edilib.
Hər il olduğu kimi, bu ildə də çaylarda baş verə biləcək sel və daşqınların yaratdığı ziyanların minimuma endirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühüm tədbirlər görülür.
Məlumat üçün bildiririk ki, bu il intensiv yağışlar səbəbindən artan sel suları, küçələri, həyətyanı sahələri, ictimai iaşə obyektlərini daş, çınqıl və lil ilə örtərək, küçələri keçilməz edib, təsərrüfatlara ziyan dəyib. Qısa müddət ərzində Agentliyin yerli istismar idarələri tərəfindən texnikalar cəlb olunaraq kanalların təmizlənməsi, həyətyanı sahələrdən suların çəkilməsi, yolların hamarlanması işləri aparılır, fəsadlar aradan qaldırılır.
İyun ayının 26-sı və 27-də Astara rayonunun Siyəkü kənd inzibati ərazi dairəsində kənd məktəbinin qarşısında avtomobil yolunun sel sularına məruz qalması nəticəsində yolun hərəkət hissəsində çətinliklər yaranıb. Yaranan çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli istismar idarəsi tərəfindən maşın-mexanizmlərlə yolun hərəkət hissəsi bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda həmin ərazidə sel sularına məruz qalan 1 ədəd piyada körpüsü də bərpa olunaraq istifadəyə verililib. Hazırda Pensər çayında məcra təmizləmə işləri davam etdirilir. Kürdəmir rayonunun ərazisində Girdimançay çayında su sərfinin artması nəticəsində rayonun Pirili-Ərşəli kəndləri ərazisindən keçən hissədə fəsadlar yaranıb. Selin qarşısının alınması məqsədilə Agentliyinin yerli istismar idarəsi tərəfindən əraziyə texnikalar cəlb olunaraq axan sel sularının istiqaməti dəyişdirilərək suyun kollektora axıdılması təmin olunub və suyun kənd ərazisinə daxil olmasının qarşısı alınıb.
Kür-Araz çaylarında yerli istismar idarəsi tərəfindən maşın və mexanizmlər cəlb olunaraq, çayların bəndlərinin bərpası mütəmadi olaraq aparılır. Eyni zamanda Sığırlı və Karrar kəndləri ərazisində yağış suları nəticəsində su basan həyətyanı sahələrdə fəsadların aradan qaldırılması üçün işlər davam etdirilir.
May-iyun aylarında İsmayıllı rayonuna yağan güclü yağış və dağ-dərələrdən gələn sel suları bir sıra fəsadlar yaradıb. Rayon ərazisindən keçən Cülyançay, Girdimançay, Talıstançay, Göyçay, Sirsaqçay, Ax-Ox çay çaylarından güclü sel keçib. Sel suları torpaq mühafizə bəndlərini yuyaraq yararsız hala salıb. Lahıc qəsəbəsində, Qurbanəfəndi və Topçu kəndlərində, dağlardan gələn güclü sel suları həyətyanı sahələrə, evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Talıstançay və Cülyançay çaylarının yatağı iri daşlar va ağac kötükləri tamamilə dolub, yolları dağıdıb, əhalinin gediş-gəlişinə çətinliklər yaradıb. Agentliyinin yerli istismar idarəsi tərəfindən əkin və həyətyanı sahələrdə sel suları nəticəsində baş verən fəsadlar aradan qaldırılıb. Eyni zamanda Göyçay, Türyançay, Talıstançay və Ax-ox çaylarında sel suları nəticəsində dağılan torpaq bəndlərin bərpası istiqamətində işlər davam etdirilir.
Qax rayonunun İbaxlı kəndinin sel sularından mühafizəsi üçün tədbirlər görülüb. Bundan basqa Əlibəyli və Ləkit kəndlərinin mühafizəsi üçün də əraziyə texnika cəlb olunaraq çaylarda sel sularından mühafizə tədbirləri həyata keçirilib.
Zaqatala rayonunun Muxaxçay, Talaçay, Qaraçay və Silbançay çaylarında sel sularından mühafizə olunmaq üçün texnikalarla çaylarda məcra təmizləmə işləri həyata keçirilib.
Hacıqabul rayonu ərazisində Pirsaatçay çayından suyun sərfi artması nəticəsində Rəncbər və Qubalıbaloğlan kəndlərinə gedən avtomobil yolu subasmaya məruz qalıb. Əraziyə texnikalar cəlb olunaraq fəsadlar aradan qaldırılır. Ələt qəsəbəsində yeni tikiləcək aeroportun ərazisinə suyun daxil olmasının qarşısının alınması üçün Pirsaatçaydan gələn suyun kollektora ötürülməsi təmin olunub.
Kür çayının bəndlərində və ona sol tərəfdən qoşulan Türyançay, Göyçay, Qaraçay və Girdmançay çaylarında Agentliyinin yerli istismar idarəsi tərəfindən bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: