xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Şahin Xurşudov hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək edir

1-07-2024, 00:03 6 dəfə baxılıb

Şahin Xurşudov hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək edir


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən vətənpərvər insan Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.

Şahin Xurşudov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Şahin Xurşudov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Şahin Xurşudov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

GDU-DA “MƏZUN GÜNÜ” KEÇİRİLİB

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayıb, GDU məzunlarının bacarıqlı mütəxəssis olacağına inandığını bildirib. Gənclərə vətəninə, millətinə layiqli vətəndaş olmağı və bu ali təhsil ocağının adını daim uca tutmağı tövsiyə edib.

Rektor Yusif Yusibov ölkəmizdə elm və təhsil sahəsinə göstərilən dövlət qayğısından, son illər ərzində universitetin daxili və beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açıb. 2023/2024-cü tədris ilində universitetdən ümumilikdə 2000-ə yaxın tələbənin məzun olduğunu diqqətə çatdırıb. Rektor Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında icra olunan ikili diplom proqramı üzrə 1-ci kursu uğurla başa vuran GDU tələbələrini də təbrik edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara ən səmimi ürək sözlərini çatdırıb, 86 illik tarixə malik Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gəncə şəhər Icra Hakimiyyətinin başçısı məzunların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini bildirib.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində gənclərin rolunu vurğulayıb.

YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov Gəncə Dövlət Universitetini bir dəyər kimi daim yüksək tutmağı, yiyələndikləri peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı, doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə, ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə edib və onlara bu vacib, şərəfli yolda uğurlar diləyib.

44 günlük Vətən müharibəsinin şəhidi Amal Əhmədovun anası Mehriban Əhmədova çıxış edərək universitet məzunlarını təbrik edib, ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən, daim qazi və şəhid ailələrinin yanında olan univseritet rəhbərliyinə təşəkkür bildirib.

Fizika və texniki fənlər fakültəsinin məzunu Aysun Verdiyeva çıxış edərək GDU-nun məzunu olmaqdan qürur duyduğunu dilə gətirib, tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə universitetin rəhbərliyinə və müəllimlərə minnətdarlığını ifadə edib.

Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna Fəxri fərman, həmçinin məzun valideynlərinə Təşəkkürnamə təqdim olunub.

“Məzun Günü” konsert proqramı ilə davam edib və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi