xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Azərbaycan dövlətinə şərəfli xidmət nümunəsi - Ədalət Hacıyev

29-06-2024, 12:20 16 dəfə baxılıb

Azərbaycan dövlətinə şərəfli xidmət nümunəsi - Ədalət Hacıyev


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev digər insanlardan xarakteri ilə fərqlənir...

Bu gün Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin doğum günüdür. Bu münasibət ilə cənab Ədalət Hacıyevi redaksiyamızın rəhbərliyi və kollektivi adından təbrik edirik.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir. Ədalət Hacıyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Ədalət Hacıyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Hacıyev Ədalət Qasım oğlu 1959-cu il iyun ayının 29-da Bakı şəhərində anadan olmuşdur.

O, 1981-ci ildə D.Büyatzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayan Ə.Hacıyev, 1989-cu ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir.

1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.

Ə.Hacıyev işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, teatr sahəsi üzrə kamil mütəxəssis kimi göstərmişdir.

O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Ə.Hacıyev çalışdığı kollektivin nüfuzunu qazanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ə.Hacıyev 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Vəzifəsini şərəflə yerinə yetirən hər bir vətən oğluna başda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi