xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Müstəqil dövlətimizin təhsili daim inkişaf edir, yenilənir

26-04-2024, 12:21 13 dəfə baxılıb

Müstəqil dövlətimizin təhsili daim inkişaf edir, yenilənir


Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.

Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir. Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 244 №-li tam orta məktəbinin direktoru Yəhya Abbasov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 244 №-li tam orta məktəbinin direktoru Yəhya Abbasovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan 244 №-li tam orta məktəbinin direktoru Yəhya Abbasov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Yəhya Abbasov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

244 №-li tam orta məktəbinin direktoru Yəhya Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Yəhya Abbasovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Yəhya Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 244 №-li tam orta məktəbinin direktoru Yəhya Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

244 №-li tam orta məktəbinin direktoru Yəhya Abbasov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Yəhya Abbasov bu işin müqəddəsliyini qoruyub saxlayır. Yəhya Abbasov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Yəhya Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Yəhya Abbasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yəhya Abbasov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Yəhya Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Yəhya Abbasov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Yəhya Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Yəhya Abbasov özünü doğruldub. Bizdə hörmətli Yəhya Abbasovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.







244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , kimya , biologiya , GÇH kabinetləri və 3 informatika sinfi var. Məktəbin ümumi sahəsi 16272 kv.m- dir . Məktəb iki korpusdan ibarətdir. Məktəbdə 90 ədəd kompyuter var. 38 kompyuter internet şəbəkəsinə qoşulmuşdur. Gün ərzində 370 şagird və 35 müəllim kompyuterdən və internet şəbəkəsindən istifadə edə bilir. Məktəbin 200 yerlik akt zalı və 1 idman zalı var. Məktəb 2012-ci ildə əsasli təmir edilmiş və 2013-cü ildə 640 yerlik tədris korpusu tikilmişdir. Məktəbdə 1782 şagirdin təlim-tərbiyəsi ilə 165 müəllim məşğul olur və 75 sinif komplekti var. Müəllimlərin 151-i ali təhsilli, 14-u isə orta ixtisas təhsillidir. Məktəbdə tədris azərbaycan və rus dilində aparılır. Müəllim şagird nisbəti 1/11-dir. Məktəbin direktoru Yəhya Abbasov Təhsil Nazirliyinin Qabaqcıl təhsil işçisi döş nişani, 2011-ci ildə Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Tərəqqi medali ilə təltif edilib, fəlsəfə üzrə fəlsəfə doktorudur. Ibtidai sinif müəllimi İsmayilova Almaz 2014-cü ildə Əməkdar müəllim adına layiq görülüb. 2009-cu ildə məktəb” Ən yaxşı məktəb’’ müsabiqəsinin qalibi olmuş və həmin il məktəbin 3 müəllimi Həsəmova Xurşid , Kərimova Bahar, İsmayılova Almaz ‘Ən yaxşı müəllim’ müsabiqəsinin qalibi olmuşlar. Məktəb artiq 17 ildir ki, Binəqədi rayon məktəbləri arasinda keçirilən spartakiadanin qalibi olur. Məktəbin geniş yaşillıq sahəsi var. Bu sahəyə 1000-ə yaxın zeytun, şam, çinar, kiparis, meyvə və bəzək kolları əkilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi