Cəbrayıl rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunmuş Zamiq Qurbanov gənc olmasına rəğmən təhsil sahəsində kifayət qədər iş təcrübəsinə malikdir
31-10-2019, 11:59
299 dəfə baxılıb
Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri Zamiq Qurbanov - Məlumdur ki, təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Hələ o zamanlar təhsili millətin gələcəyi adlandıran ümumilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, “Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında hormoniyanı təmin etməkdir.” Cənab Prezidentin belə fikirləri milli təhsilimizə, bütövlükdə isə Azərbaycanın müasirləşməsi və dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına hədəflənmiş konservativ baxışdır.
Son illər Cəbrayıl rayonunun təhsil sistemində normativ-hüquqi bazasının yaradılması, müasir texnologiyaların tətbiqi imkanlarına görə məzmunca təhsilin yeniləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin idarəçilikdə demokratik dəyərlərin daim ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib məsələlərə həssas yanaşma tendensiyaları artmaqdadır.
Zəngin maarifçilik ənənələrinə malik olan Cəbrayıl rayonunda təhsil 2019-cu ildə daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.
Cəbrayıl rayonun nümunəsində regionların kompleks inkişafını hədəfləyən bütün növ fəaliyyətlərin əsas məqsədi, ümumilikdə respublikamızın sosial iqtisadi vəziyyətini günü-gündən inkişaf etdirmək, onu yüksək təhsilə, elmə və iqtisadi göstəricilərə malik qüdrətli bir məmmləkətə çevirməkdir. Azərbaycanı sevən, onun uğurlu sabahlarını düşünən rayon təhsil şöbəsinin müdiri olaraq doğma Cəbrayılımızn gözəlləşən simasında ölkəmizdəki inkişafı görmək mənə yalnız qürur verir. Bütün bunlara görə, hər zaman xalqının yanında olan, ulu öndərin milli ideyalarını layiqincə davam etdirən Prezidentimə minnətdaram.
Zamiq Qurbanov ən qısa zamanda rayon təhsilinin inkişafını keyfiyyətcə daha yüksək mərhələyə çıxarmaqda tam qərarlıdır
Azərbaycanın rayon və bölgələrində təhsilin inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Təkcə ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Diqqətəlayiq haldır ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı regionların payına düşür. O cümlədən ərazisi işğal olunmuş rayonlarda təhsilin inkişafına hər zaman xüsusi həssaslıqla yanaşılır. Belə bölgələrimizdən biri də Cəbrayıl rayonudur.
Cəbrayıl rayon Təhsil Şöbəsi 23.08.1993-cü ilədək Cəbrayıl şəhərində, rayon erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ildən 2007-ci ilin sentyabr ayına qədər Saatlı şəhərində fəaliyyət göstərmişdir. 2007-ci ilin sentyabr ayından Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 7 saylı qəsəbədə yerləşir. Bu gün Cəbrayıl RTŞ-nin tabeliyində 39 tam orta məktəb, 3 ümumi orta məktəb və 2 ibtidai məktəb fəaliyyət göstərir. 01 oktyabr 2018-ci il tarixdən Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri vəzifəsinə Zamiq Qurbanov təyin olunub.
Cəbrayıl rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunmuş Zamiq Qurbanov gənc olmasına rəğmən təhsil sahəsində kifayət qədər iş təcrübəsinə malikdir. Eyni zamanda Zamiq Qurbanovun demək olar ki, bütün əmək fəaliyyəti onun doğma Cəbrayıl rayonu ilə bağlıdır. Başqa sözlə desək, bu bağlılıq yeni şöbə müdirinin bundan sonra rəhbərlik edəcəyi qurumun işinə yaxından bələd olmasına, mövcud problemləri içəridən bilməsinə və onların həlli üçün yüksək potensiala malik olmasına dəlalət edir. Elə Zamiq Qurbanovun bu vəzifədə atdığı ilk addımlar da onun ən qısa zamanda rayon təhsilinin inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxarmaqda tam qərarlı olduğunu göstərir.
Əminliklə demək olar ki, bu tədris ilində də Zamiq Qurbanovun rəhbərliyi altında Cəbrayıl RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR