xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB

Bugün, 14:22 2 dəfə baxılıb

İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB


Bakıda yerləşən Elmar Mirzəyev adına 6 nömrəli Respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində ciddi problemlərin yaşandığı iddia olunur. Məktəbin rəhbərliyindən narazı olan şəxslər dərs prosesinin təşkili, müəllimlərin əməkhaqlarının hesablanması və ödənilməsi, şagirdlərin təhlükəsizliyi, eləcə də sanitar-gigiyenik vəziyyətlə bağlı şikayətlərini redaksiyamıza çatdırıblar.

Musavat.com xəbər verir ki, redaksiyaya daxil olan müraciətlərdə məktəbin direktoru Dilarə Novruzovanın idarəçilik fəaliyyəti ilə bağlı bir sıra iddialar irəli sürülüb.

Şikayətçilər təhsil müəssisəsindəki vəziyyətin araşdırılmasını, xüsusilə şagirdlərin təhlükəsizliyinin təmin olunması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin görülməsini istəyirlər.

Şikayətçilərin sözlərinə görə, yeni tədris ilinin başlanmasından sonra dərs cədvəlinin hazırlanması zamanı problemlər yaranıb. İddia olunur ki, cədvəldəki boşluqlar tədris prosesinin təşkilinə mənfi təsir göstərib və müəllimlərin, eləcə də tərbiyəçilərin əksəriyyətinin narazılığına səbəb olub.

Bildirilib ki, dərs bölgüsündəki nöqsanlar ibtidai sinif müəllimləri və tərbiyəçilərin sentyabr ayı üzrə əməkhaqlarının hesablanmasına da təsir edib. Siniflərin bağlanması səbəbindən bəzi işçilərin ayrı-ayrı günlər üzrə əməkhaqlarını ala bilmədikləri, direktorun isə həmin günləri güzəştə getmələrini xahiş etdiyi iddia olunur.

Şikayətçilər sentyabr ayı üzrə əməkhaqlarının gecikdirildiyini də bildirirlər. Onların sözlərinə görə, məktəbdə çalışan texniki işçilərin bir qismi işdən ayrılıb, bəzi valideynlər də təhsil müəssisəsindəki vəziyyətdən narazıdır.

Redaksiyaya daxil olan şikayətlərdə ən ciddi məqamlardan biri məktəbdə şagirdlərin xəsarət alması və belə hallarda tibbi yardımın təşkili ilə bağlıdır. İddialara görə, oktyabrın 22-də tərbiyə saatı zamanı 7-ci sinif şagirdləri arasında dava düşüb. Nəticədə T. adlı şagirdin üz nahiyəsindən xəsarət aldığı, ağzından və burnundan qan gəldiyi bildirilir.


Şikayətçilər hadisədən sonra təcili tibbi yardım çağırılmadığını, şagirdin isə həmin gün dərslərdə iştirak etmədiyini iddia edirlər. Müraciətdə məktəbdə bundan əvvəl də şagirdin turnikdən yıxılaraq xəsarət aldığı qeyd olunur. İddiaya əsasən, uşağın ağzı yarılıb və yarasına ev şəraitində tikiş qoyulub.

Digər hadisənin 6-cı sinif şagirdi Y. İlə bağlı olduğu bildirilir. Şikayətçilərin sözlərinə görə, şagird yıxılaraq qolundan ciddi xəsarət alıb. Məktəb tərəfindən təcili tibbi yardım çağırılmadan uşağın valideyninə təhvil verildiyi iddia olunur. Axşam saatlarında şagirdin vəziyyəti pisləşdikdən sonra ailəsi təcili tibbi yardıma müraciət etməli olub.

Şikayətçilər həmçinin bildirirlər ki, valideyn məktəb rəhbərliyinə zəng edərək polisə şikayət edəcəyini söylədikdən sonra direktorun göstərişi ilə müəllimlərdən biri uşağın evinə göndərilib. Onların iddiasına görə, hadisənin pul ödənilməsi yolu ilə ört-basdır edilməsinə cəhd göstərilib.

Şikayətçilər məktəbdə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığını da iddia edirlər. Onların sözlərinə görə, şagirdlərin yuyunması üçün lazımi şərait yaradılmayıb.

Müraciətdə daha ciddi bir iddia da yer alıb. Belə ki, şagirdlərə içməli su əvəzinə ağacların suvarılmasında istifadə olunan suyun verildiyi bildirilir. Şikayətçilər məktəbin su anbarının sanitar vəziyyətinin də yoxlanılmasını vacib hesab edirlər.

Bundan başqa, müraciətdə sentyabr ayında təxminən 50 şagirdin məktəbi tərk etdiyi iddia olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Musavat.com-un sorğusuna cavab olaraq şagirdlərin xəsarət alması, əməkhaqlarının ödənilməsi və məktəbdəki digər məsələlərlə bağlı açıqlama verilib. İdarədən bildirilib ki, 6 nömrəli Respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin 6-cı sinif şagirdi dərsdən sonra keçirilən inkişafetdirici məşğələ zamanı yıxılaraq qolundan xəsarət alıb. Şagirdin vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.

Oktyabrın 22-də baş verən hadisəyə gəlincə, qeyd olunub ki, məktəbdə bir şagird digər şagirdə yüngül xəsarət yetirib. Hadisə zamanı məktəbin həkimi və tibb bacısı tərəfindən xəsarət alan şagirdə ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş hesab edildiyindən o da evə buraxılıb.

Əməkhaqlarının ödənilməsi ilə bağlı iddialara münasibət bildirən İdarədən qeyd olunub ki, məktəbdə çalışan işçilərin sentyabr ayı üzrə əməkhaqları 29 sentyabr 2026-cı il tarixində onların bank hesablarına köçürülüb.

Dərs cədvəlindəki dəyişikliklərə toxunan İdarə bildirib ki, son dəyişiklik sentyabr ayında texnologiya fənni üzrə yeni müəllimin əvəzçilik qaydasında işə cəlb olunması ilə əlaqədar edilib.

Açıqlamada texniki işçilərin işdən ayrılması məsələsinə də aydınlıq gətirilib. Bildirilib ki, ştat ixtisarı ilə əlaqədar iki sürücü işdən azad edilib, digər texniki işçilər isə öz ərizələri əsasında işdən ayrılıblar.

Məktəbin su təminatı ilə bağlı isə qeyd olunub ki, şəraitin daha da yaxşılaşdırılması məqsədilə müvafiq təmir işləri aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi şagirdlərin məktəbdən ayrılması məsələsinə də münasibət bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 270 nömrəli qərarının 8-ci bəndinə əsasən, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin ümumtəhsil bölməsinə şagird qəbulu müəyyən meyarlar əsasında həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi